Sistem üzrə mühəndis

İşin təsviri

Ümumi tələblər:

  • Ali təhsil (texniki təhsil arzuolunandır);
  • Komandada işləmək bacarığı,subordinasiya qaydaları, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli;
  • Verilmiş tapşırıqların həllinə kreativ yanaşma və stresə dözümlülük.

Əsas texniki tələblər:

  • Veb Serverlərlə sərbəst işləmə (müxtəlif əməliyyat sistemləri üzərində servislərin qurulması, yenilənməsi, ehtiyyat nüsxəsinin çıxarılması, kubernetes üzrə biliklər, performans və resurs hesabatlarının çıxarılması, skriptlərlə işləmə və onların optimallaşdırma bacarığı, yaranmış problemlər üçün qısa zamanda həll yolu tapma bacarığı və kritik servislərin 99.9% əlçatan olmasını təmin etmək);
  • Log faylları ilə sərbəst işləmə (baş vermis problemlərin araşdırılaraq, analiz edilib kök səbəbi təyin etmə);
  • İT sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • İT sahəsinə aid hər hansısa sertifikat alqışlanır;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Departamentə daxil olan texniki sorğulara dəstək;
  • İngilis və Rus dili bilikləri (texniki səviyyədə mütləqdir);
  • Texniki sənədlərin ingilis və rus dillərində oxunması və başa düşülməsi;
  • 24/7 rejimində işə qoşulmaq hazırlığı.

Vəzifə öhdəlikləri:

  • Sistemlərin dayanıqlı və stabil işləməsini təmin edir;
  • Korporativ resursların yüksək əlçatanlılığını təmin edir;
  • Korporativ resursların istifadəsi və gələcək planlaşdırılması zamanı yüksək məhsuldarlığı və səmərəli istifadəni əsas tutmalı və bu istiqamətdə yeni həllər üzrə təkliflərə malik olmalıdır;
  • Məlumatın elektron arxivləşmə işini təşkil edir;
  • Server avadanlıqlarının administrasiyası və texniki dəstəyi;
  • Virtualaşma sistemlərinin administrasiyası;
  • Korporativ poçt sisteminin administrasiyası və texniki dəstəyi;
  • Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqənin yaradılması;
  • Problemlərin root (kök) səbəbin aydınlaşdırmaq və incələmək;
  • Sistem problemlərinin həlli və diaqnostikası;
  • Avadanlığının quraşdırılması və sazlanması;
  • Dəyişikliklərin sənədləşdirilməsi, işlərin Change Management-ə uyğun olaraq təşkili.

Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 26.02.2023-cü il tarixinədək CV-nizi göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Email: [email protected]