İşin təsviri
                
                
                                
                Əsas vəzifə öhdəlikləri:
	- Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək,
 
	- Daxili maliyyə və mühasibat uçotu audit yoxlamalarının aparılması qaydalarını bilmək və həmin qaydalara əsasən dövri audit yoxlamalarının aparılması,
 
	- Maliyyə və mühasibat uçotu hesabatlarının hazırlanması,
 
	- Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətinin müəyyən edilməsinə dair hesabatların hazırlanması,
 
	- Mülki, Əmək və Vergi qanunvericiliyinə əsasən audit yoxlamalarının aparılması, hesabatların hazırlanması.
 
Seçim meyarları:
	- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il (istehsalat təcrübəsi üstünlükdür)
 
	- Təhsili/ixtisası: Ali təhsil  (İqtisadi sahələr üzrə üstünlükdür)
 
	- Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə) Təlim və kurslar: Müvafiq beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür (ACCA, CİMA və s.)
 
	- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)  
 
	- Cins: Bəy namizədlərə üstünlük veriləcək.
 
İş şərtləri:
	- Struktur: Risklərin idarə edilməsi şöbəsi
 
	- İş rejimi: 5 gün 09:00 – 18:00
 
	- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
 
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.  
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Audit üzrə aparıcı mütəxəssis (maliyyə)” başlığı altında [email protected] göndərmələri xahiş olunur