Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 27.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
  • Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • Aktiv və öhdəliklərin müxtəlif meyarlar (valyuta, durasiya, faiz və s.) əsasında uzlaşdırılması və immunizasiyası;
  • İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
  • Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
  • IFRS 9 standartlarına uyğun olaraq hesablanan ehtiyatların monitorinqi
  • Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası), İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: İngilis dili:əla, Azərbaycan dili: əla.
  • Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları, SQL proqramlaşdırma dili.
  • Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla , MS PowerPoint: əla, MS Outlook: əla.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 06.02.2023-cü il

https://pasha-life.az/en/about/karyera/

İşəgötürənin reytinqi