Mexanik

  • ALCO MMC
  • Elanın qoyulma tarixi: 26.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sürtkü Yağları Zavoduna Mexanik tələb olunur.

Tələblər:

  • Əlaqədar ixtisas üzrə Ali təhsil;
  • İstehsalat sahəsində 1/3 illik iş təcrübəsi;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmaq;
  • Texnoloji proseslərə aid metodiki və normativ materiallar üzrə biliklərə malik olmaq;
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.

Vəzifə funksiyaları:

  • Elektrik sxemlərinin oxunması, təmir və bərpa işlərinin həyata keçirilməsi;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərinin təşkili, istehsalın texniki hazırlığının təmin edilməsi;
  • Avadanlıqların təmiri, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlərin tərtibatına rəhbərlik edilməsi;
  • Təmirarası xidmətin, təmirin vaxtında və keyfiyyətlə keçirilməsinin, avadanlığın modernləşdirilməsinin, qurğuların vəziyyətinə texniki nəzarətinin təşkil edilməsi;
  • Köhnəlmiş avadanlıqların, mexanizmlərin müəyyən edilməsi, onların təmirini növbələşdirilməsi;
  • Eksperiment, quraşdırma, yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, qurğuların yenidən qurulmasında iştirak və s.

İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu

Maaş: Müsahibə əsasında təyin olunacaq

CV-lərinizi mail ünvanına göndərməyiniz xahiş olunur.

Tel: 0125056810/11

Email:  [email protected]