İşin təsviri
Əsas Məsuliyyətlər:
- HVAC, santexnika, yanğından mühafizə və digər mexaniki sistemlər daxil olmaqla, yerində mexaniki quraşdırma proseslərinə nəzarət edilməsi.
- Bütün mexaniki sistemlərin dizayn spesifikasiyasına, mühəndis çertyojlarına və sənaye standartlarına uyğun quraşdırıldığından əmin olunması.
- Mexanik işlərin keyfiyyətini yoxlanışı və nəzarət edilməsi, bütün qurğuların tələb olunan təhlükəsizlik standartlarına və tənzimləyici kodlara uyğun olmasını təmin edilməsi.
- Mexanik komponentlərin düzgün quraşdırıldığını və nəzərdə tutulduğu kimi yerinə yetirildiyini yoxlamaq üçün müntəzəm sayt yoxlamaları aparılması
- Quraşdırma prosesində hər hansı problemi və ya uyğunsuzluğu aradan qaldırılması və düzəldici tədbirlərin həyata keçirilməsinin tələb edilməsi.
- Təhvil verilməzdən əvvəl bütün mexaniki sistemlərin sınaqdan keçirildiyinə (məsələn, təzyiq sınağı, sistem yoxlamaları) və düzgün istismara verilməsinə əmin olunması.
- Yerli təhlükəsizlik qaydalarına və sənayenin ən yaxşı təcrübələrinə uyğunluğu təmin edilməsi.
- Saytın gedişatı, problemlər və mexaniki sistemlərə və ya dizaynlara edilən hər hansı dəyişikliklərə dair gündəlik və həftəlik hesabatlar hazırlanması.
Kvalifikasiyalar və Tələblər:
- Mexanika mühəndisliyi bakalavr dərəcəsi.
- Tikinti sahələrində mexaniki sistemlərin quraşdırılmasına nəzarətdə sübut edilmiş təcrübə.
- Mexanik sistemlər, o cümlədən HVAC, santexnika, yanğından mühafizə və digər müvafiq sistemlər haqqında biliklər.
- Tikinti qaydaları, yerli qaydalar ilə bağlı təhlükəsizlik standartları ilə tanışlıq.
- Fərdi tikililərin, villaların və bu tipdə mənzillərin tikinti quraşdırılma işlərində geniş təcrübə olması mütləqdir.
- Aidiyyatı sahə üzrə minimum 10 il iş təcrübəsi
- İngilis dili biliyi arzu olunandır.
Əgər tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində “Mexanika Mühəndisi” qeyd etməyiniz xahiş olunur.