Təcrübə proqramı

İşin təsviri

Ölkənin ən qabaqcıl şirkətlərdən birində İşə qəbul üzrə mütəxəssis (Rekruter) üzrə təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə “ ARPA Consulting ”ın “HR Təcrübə Proqramı”na müraciət et! ARPA Consulting – müxtəlif xidmət sahələrində layihələrin dizayn və idarəolunması də daxil olmaqla, mühəndislik və məsləhət xidmətləri təklif edən, institutsional və təftiş təşkilatıdır.

Təcrübə proqramı kimlərə aiddir?

  • Ali təhsil;
  • 3-4-cü kurs tələbələri;
  • 2023-cü illərin məzunları.
  • Magistr tələbələri;
  • İnsan Kapitalının idarəedilməsi (HR) və ya İşə qəbul üzrə mütəxəssis (Rekruter) stajçı rolu kimi təcrübə üstünlükdür;
  • Azərbaycan və ya rus dillərində səlis yazı və danışıq qabiliyyəti, ingilis dili üstünlükdür;
  • Ünsiyyət və təşkilatçılıq bacarığı.
  • Ətraflı düşünmək bacarığı
  • MS Office (Excel, Word, PowerPoint və s.) ilə iş təcrübəsi;

Təcrübə proqramı sizə nə qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq;
  • İşə qəbul üzrə mütəxəssis (Rekruter) üzrə bütün sahələri ilə iş təcrübəsi;
  • Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
  • İşə qəbul üzrə mütəxəssis (Rekruter) sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı;
  • Təcrübə proqramında iştiraka dair Sertifikat və potensial İş təklifi

İş haqqında məlumat:

  • İnsan Resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
  • Müsahibələrə hazırlıq və onların təşkili
  • Rəhbərliyə namizədlər haqqında tövsiyələr vermək və ən uyğun namizədin seçilməsində dəstək
  • İş təklifinin hazırlanması və təqdim edilməsi
  • Müsahibənin nəticələri barədə namizədlərin vaxtında məlumatlandırılması (elektron bildiriş)
  • Kadrların axtarışı üçün resursların müəyyən edilməsi. Bunlar internet resursları, əmək yarmarkaları, Universitetlərdə görüşlər, namizədlərin mövcud məlumat bazasından istifadə
  • Elektron platforma əsasında namizədlərin məlumat bazasının yaradılması və məlumatların mütəmadi olaraq yenilənməsi
  • Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.

 İş Qrafiki:

  • 5 günlük iş həftəsi

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər. Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi” qeyd etməyiniz xahiş olunur.