İşin təsviri
                
                
                                
                Tender üzrə mütəxəssis üçün tələblər aşağıdakı kimidir:
	- Ali təhsilli;
 
	- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
 
	- Satınalma və tender sahəsində 3-4 ildən artıq iş təcrübəsi (Təcrübə mütləqdir);
 
	- Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
 
	- Kompüter biliklərinə sahib olmalı;
 
	- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
 
Vəzifə öhdəlikləri:
	- Xarici , Azərbaycan Respublikasının dövlət qurumları, publik hüquqi şəxsləri və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
 
	- Tenderlərdə iştirak üçün müəyyən edilmiş tələblərin, ixtisas uyğunluğu meyarlarının təhlil edilməsi və rəhbərliyə məruzə edilməsi;
 
	- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
 
	- Tender təkliflərinin hazırlanması üçün tələb olunan rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması; 
 
	- Tender təkliflərinin hazırlanması üçün tələb olunan kommersiya məlumatlarının, layihə-smeta sənədlərinin və digər texniki sənədlərin Şirkətin müvafiq şöbələrindən tələb olunması, toplanması və son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
 
	- Təqdim olunmuş tender təkliflərinin qiymətləndirilməsi mərhələsində tender keçirən təşkilatlar tərəfindən ünvanlanmış sorğuların cavablandırılması;
 
	- Tender prosesinin müxtəlif mərhələlərində Şirkətin təmsil olunması;
 
	- Beynəlxalq şirkətlər,partnyorlar və müştərilər ilə müntəzam yazışmaların aparılması və uzunmüddətli əlaqələrin aparılmasını təmin etmək
 
	- Şirkətin təqdim etdiyi xidmətlərlə bağlı yeni müştərilərin şirkətə cəlb olunması
 
	- Xidmətlərə uyğun hədəf müştəri qruplarının təyini və onlarla aktiv görüşlərin keçirilməsi
 
	- Tender department Direktorunun göstərişi əsasında vəzifə təlimatına uyğun olan digər tapşırıqların yerinə yetirilməsi.
 
İş haqqında məlumat:
	- İş saaatlar: 09:00-18:00 (5 günlük iş həftəsi)
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər. Email-in mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.