Kiçik Məhsul Sahibi (PO)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 26.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Biznesə təsiri təmin etmək üçün müştəri yönümlü rəqəmsal məhsulların təqdim edilməsi və çoxsahəli funksiyaya malik komandaların idarəedilməsi;
  • Bir və ya daha çox rəqəmsal məhsulla əlaqəli bütün səviyyələrdə qərar və nəticələrə görə cavabdehlik;
  • Məhsul yaratmaqla müştərilərin və əməkdaşların bank məhsullarından istifadəsi üzrə təcrübələrinin dəyişdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi;
  • Məhsulların yaradılması və müştəriyə uyğunluğunu təmin etməklə, əsas biznes problemlərinin həll edilməsi;
  • Xüsusi rəqəmsal məhsullar üçün məhsulun “backlog”nun yaradılması və prioritetləşdirilməsi;
  • Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın “KPI”larına uyğun nəticələrə nail olunması;
  • Məhsulun yol xəritəsinin formalaşdırılması, təqdim edilməsi və komanda üzvlərinə çatdırılması;
  • Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin icrası üzrə dəqiqləşmələrin aparılması, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində rəhbərlik;
  • Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarının müəyyən edilməsi;
  • Analitik qruplar ilə koordinasiya və icrasına nəzarət;
  • Digər məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq və mümkün dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Təcrübə: Biznes və ya İT sahəsində 1 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə 
  • Xarici dil: İngilis dili (səlis)
  • Digər:
  • Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması və bank işi üzrə biliklər
  • Çoxşaxəli biznes sahələri ilə əməkdaşlıq (Marketinq, Satış, Maliyyə, Əməliyyat, Texnologiya və s.)
  • Komandada işləmə, problemləri həll etmə və konfliklərin idarəedilməsi bacarığı
  • “Agile” və ya “Design Thinking” üzrə ilkin biliklər

 

https://glorri.com/pashabank/639acba3a1c0ddab92f3976f-Ki%C3%A7ik%20M%C9%99hsul%20Sahibi%20(PO)?sources

İşəgötürənin reytinqi