IT, Təhlükəsizlik malları üzrə B2B Satış Meneceri

  • Estet
  • Elanın qoyulma tarixi: 26.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Şirkət məhsullarının satışını təşkil etmək;
  • Bazar araşdırmaları etmək, rəqib şirkətləri araşdırmaq
  • Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq;
  • Şirkətin məhsullarını və xidmətlərini müştərilərə yüksək səviyyədə təqdim etmək;
  • Cari sifarişləri və ya proyektləri nəzarətdə saxlamaq,
  • Günlük, həftəlik və aylıq  hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək
  • Effektiv satış planlarını hazırlamaq, satışlar haqqında məlumatları təhlil etmək;
  • Məhsulun satışı ilə əlaqəli təklif, müqavilə və digər sənədləri hazırlamaq və onları nəzarətdə saxlamaq
  • Satış Şöbəsində müvafiq vəzifələri yerinə yetirmək

Namizədə olan tələblər:

  •  Ali təhsilli, tərcihən mühəndislik  təhsili almış,
  • Kişi, yaş həddi 22-40
  • Elektrik avadanlıqları ( generator, ups və s.), IT, Təhlükəsizlik   məhsullarının satışında təcrübəli  namizədlərə üstünlük veriləcəkdir
  • Minimum ``B`` kateqoriyalı sürücülük vəsiqəsi olan

Namizəddə olan bacarıq və keyfiyyətlər:

  • Əməksevər və ambisiyalı
  • Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı olan,
  • Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü
  • Komandada işləmək bacarığı
  • Problemləri həll etmə bacarığı;
  • Dil bilikləri : İngilis dili ( orta), Rus dili ( yaxşı ), Azərbaycan dili ( əla) 
  • Kompüter bilikləri : Excel, Word, Power Point, Outlook ( yaxşı) 

Digər məlumatlar:

  • 5 günlük iş rejimi, 9.00-18.00 arası
  • Maaş + Bonus

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -lərini elektron ünvanına Subject/Mövzu hissəsində “B2B Satış Meneceri ( Elektrik/IT) ” qeyd etməklə göndərə bilərlər.

Email: [email protected]