Müştərilərlə iş üzrə kiçik mütəxəssis (Ucar filialı)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 24.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır; 
  • Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;                  
  • Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
  • Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
  • Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
  • Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
  • Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
  • Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.

Tələblər:

  • Ali təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışmaq bacarığı;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi