Satınalma mütəxəssisi

  • Minor Electronics
  • Elanın qoyulma tarixi: 23.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada təmin edilməsi;
  • Şirkətin satınalma / təchizat zənciri ehtiyaclarının qarşılanması;
  • Təyin edilmiş kateqoriya çərçivəsində təchizatçıların qiymətləndirməsi və seçimi proseslərinin idarə edilməsi;
  • Gündəlik satınalma fəaliyyətləri ilə əlaqədar daxili müştərilərin idarə edilməsi; istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədi ilə daxili müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmə;
  • Satınalma və təchizat zənciri siyasətinin, sorğu formasının, təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası;
  • Şirkət tərəfindən qoyulan qənaət gözləntisinin icra edilməsi;
  • Satınalma fəaliyyəti, sifarişlərin icra edilməsi, digər kargüzarlıq və inzibatçılıq işlərinin görülməsi;
  • Yüksək nəticələri əldə etmək məqsədilə səmərəli müqavilə KPI-ları vasitəsilə E2E idarə edilməsi (kiçik və orta satınalma);
  • Şirkətin siyasəti və proseduralarına uyğun olaraq kiçik və orta satınalmaya aid olan proseslər/metodların idarə edilməsi və bank daxilində satınalma fəaliyyətlərinin təmin edilməsi.

Şirkətimizin üstünlükləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş rejimi:6 günlük iş qrafiki 
  • Əmək haqqı: Razılaşma

Namizəd üçün tələblər:

  • Təhsil:  iqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • Təcrübə: elektronika və məişət avadanlıqları sahəsində (satınalma sahəsində) minimum 2 il iş təcrübəsi. Həm daxili bazarı, həm də mövcud sahə üzrə xarici bazar təchizatçılarını bilməlidir.
  • Xarici dil: ingilis dili, rus.
  • Kompüter bilikləri: Microsoft Office.
  • Məhsul biliyi: prosesin düzgün aparılması və malların, xidmətlərin seçilməsi üçün müvafiq məhsul kateqoriyası üzrə biliklər.
  • Bazar biliyi: yerli bazarda müvafiq kateqoriya üzrə biliklər.
  • Digər: komandada iş, analitik düşüncə və problem həll etmə, güclü ünsiyyət bacarıqları.
  • Üstünlük verilir: satınalma sahəsində həm yerli təlim mərkəzlərində, həm də onlayn şəkildə əldə edilən sertifikatların mövcudluğu əlavə üstünlükdür.

Qeyd: Müvafiq tələblərə uyğun olan CV-lərinizi mövzu yerinə satınalma mütəxəssisi ” yazaraq mail ünvanına göndərə bilərsiniz.

Əlaqə nömrəsi: 070-255-09-20

Ünvan: Bakı şəhəri Avesta Konsern 10-cu mərtəbə Məmməd Araz küç 109.

Email: [email protected]