Minor Electronics


Minor Electronics mağazalar şəbəkəsi Minor Business Gorup MMC şirkətinin nəzdində 2017-ci ildən bu günə kimi müştəriləri üçün hədsiz imkanlar yaratmaqla onlara hər zaman keyfiyyətli məhsullar təqdim etməklə və yüksək səviyyədə xidmət göstərməklə yerli bazarda fəaliyyət göstərən şirkətdir. Əsas hədəfimiz ilk növbədə müştəri məmnuniyyətini qoruyub saxlamaq və müştərilərimizi daha keyfiyyətli məhsullarla təmin etməkdir.

Mağazalarımızda müxtəlif rəqəmsal texnikanın geniş çeşidi: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar var. Böyük və kiçik məişət texnikalarından – soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, aspirator, sobalar, müxtəlif isidicilər, hər növ mətbəx texnikaları təqdim olunur. Satışda həmçinin idman sağlamlıq və əyləncə həvəskarları üçün Giroskuterlər də təklif olunur.

Hal-hazırda Minor Electronics şəbəkəsi aşağıdakı brendlərin satışını həyata keçirməklə yanaşı rəsmi dilerlik öhdəliyinə malikdir.

Brendlərimiz - Samsung, LG, Gorenje, Philips, Braun, Kenwood, Panasonic, GIGASET, NEOS, Delonghi, AUX, Gree, Pozis, Atlant, Regular, Wirpool, Acer, Lenovo, HP, Xioami, TCL, Zimmer, Electrotech, Navien, Ampliterm, Uterm, Tefal, Fuji Heat Cool, Hitt, Vitek, Polaris, Slavda, Hitachi, Moulinex, Hotpoin, Indesit, Evgo, Maxwell, Elektrofrost.

Minor Electronics-də arzuladığınız məhsullara həm nağd, həm də sərfəli hissə-hissə ödəniş şərtlərilə, komissiyasız, ilkin ödənişsiz, arayışsız, tək şəxsiyyət vəsiqəsilə sahib olmaq imkanınız var. Satışda təqdim olunan bütün məhsullara şirkətimiz tərəfindən rəsmi zəmanət verilir.

Müştərilərin rahatlığı baxımından Minor Electronics-də həm də onlayn sifariş qəbul olunur. Sifariş etdiyiniz məhsul ünvanınıza kimi pulsuz çatdırılır.

 

Minor Electronics - Sizin etibarlı dostunuz !

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?