Maliyyə mütəxəssisi

  • Terra Pharm
  • Elanın qoyulma tarixi: 20.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərinin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;
  • Şirkətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
  • Aylıq olaraq xərclərin səmərəliliyini və məqsədyönlü olmasını təhlil etmək, mal və xidmətlərin alış qiymətlərini nəzərdən keçirmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək;
  • Rüblük maliyyə göstəricilərinin aylar üzrə bölüşdürülməsi;
  • Satış üzrə təhlillərin aparılması və debitorlara nəzarət edilməsi;
  • Xərclərə və büdcənin icrasına nəzarət edilməsi;
  • Satınalma üzrə hesablaşmalara nəzarət edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadi);
  • Maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dili mükəmməl
  • Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
  • Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
  • Maliyyə sahəsi üzrə analitik biliklər.

İş rejimi:

  • Əmək haqqı: 2000 AZN
  • İş günləri: 5 gün, 09:00-dan 18:00-dək
  • İstirahət günləri - Şənbə/Bazar

Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını Maliyyə mütəxəssisi qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq)

Email: [email protected]