Satış nümayəndəsi (Tibbi ləvazimatlar üzrə)

  • Terra Pharm
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq apteklərin, klinikaların və digər potensial müştərilərin ziyarət edilməsi, yeni müştərilərin cəlb edilməsi
  • Şirkətin məhsullarının (tibbi ləvazimatlar) tibbi müəssisələrin və apteklərin stokunda olmasının təmin edilməsi
  • Bazar araşdırılmasının aparılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi
  • Şirkətin satış strategiyasına uyğun olaraq satış və müştəri bazasının formalaşdırılması
  • Gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması

Namizədə tələblər:

  • Ali (tibbi təhsilə üstünlük verilir)
  • Azərbaycan dili (əla), Rus və İngilis dillərinin olması üstünlükdür
  • Müvafiq vəzifə üzrə ən azı 1 il iş təcrübəsi
  • Bu sahə üzrə müəyyən səviyyədə müştəri portfelinin olması
  • İdarəetmə və ünsiyyət qurma bacarığı
  • Satış bacarığı / Təqdim etmə qabiliyyəti

İşin şərtləri:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək 
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşəcək 

Təklif edirik:

  • Karyerada yüksəliş imkanları
  • Satışdan bonuslar

Qeyd: Aptek və tibbi müəssisə (klinika) qrupları üzrə ayrı-ayrı satış nümayəndələri tələb olunur.

Məktubun mövzu hissəsində hansı qrup üzrə “Aptek qrupu ürzə satış nümayəndəsi” və ya “Tibbi müəssisələr ürzə satış nümayəndəsi” müraciət etdiyinizi qeyd etməyiniz xahiş olunur.

Maraqlanan şəxslər öz CV formalarını e-mail ünvanına göndərə bilər.