Maliyyə üzrə böyük mütəxəssis

  • Terra Pharm
  • Elanın qoyulma tarixi: 23.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali iqtisadi təhsil;
  • Maliyyə sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • Azərbaycan , Rus və İngilis dili (arzuolunandır);
  • ACCA sertifikatı olması üstünlükdür;
  • MS Office (Word, Excel), 1C sistemi üzrə biliklər;
  • Maliyyə sahəsi üzrə analitik biliklər.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
  • İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
  • Satış üzrə təhlillərin aparılması və debitorlara nəzarət edilməsi;
  • Xərclərə və büdcənin icrasına nəzarət edilməsi;
  • 1C sistemi üzərindən maliyyə əməliyyatlarının aparılması və ay bağlanışı prosesinə nəzarət etmək;
  • Məhsulların maya dəyərlərinin hesablanması və düzgün formalaşmasına nəzarət etmək;
  • Xarici və daxili ödənişlərin edilməsi.

İş rejimi:

  • Əmək haqqı:1500-1700 AZN 
  • İş günləri: 5 gün, 09:00-dan 18:00-dək
  • İstirahət günləri - Şənbə/Bazar

Maraqlanan şəxslər öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını Maliyyə üzrə böyük mütəxəssis qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq.