İşin təsviri
                
                
                                
                İşiniz nədən ibarətdir?
	- Bankın bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
 
	- Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
 
	- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
 
	- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
 
	- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
 
	- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
 
	- Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
 
	- Bankın məhsullarının hüquqi ekspertizası və bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
 
	- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
 
	- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
 
	- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bankın əməkdaşlarlarının təlimatlandırılması;
 
	- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
 
	- Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
 
Sizdən nə tələb olunur?
	- Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
 
	- İş təcrübəsi: Maliyyə sahəsində 4-5 il 
 
	- Xarici dil biliyi: Rus və ingilis
 
	- Kompüter bilikləri: MS Office proqramları
 
	- Digər: Komandada iş, güclü ünsiyyət, analitik düşüncə, tədqiqat, araşdırma bacarıqları
 
 
https://glorri.com/pashabank/631e523064bd8f8c4e6e4cf7-M%C9%99hk%C9%99m%C9%99%20%C4%B0%C5%9Fl%C9%99ri%20%C3%BCzr%C9%99%20Ba%C5%9F%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources=JobSearch