İşin təsviri
Təsvir
- Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnmək;
- Kreditlərin Strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək;
- Sifariş edilən öhdəlikləyin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərar verici olaraq çıxış etmək;
- Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasını təmin etmək;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətini yoxlamaq, kredit reytinqlərini hesablanmaq və müvafiq qərarı qəbul etmək;
- Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi səlahiyyətini və cavabdehliyini daşımaq;
- Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
- Sifarişlər üzrə defolt olma ehtimalı dərəcəsini hesablamaq, eləcə də Kreditlərin Strukturlaşdırılması və Monitorinq şöbələri tərəfindən daxil olan defolt olma ehtimalı üzrə cədvəlləri yoxlamaq, nəzarət etmək və düzgün defolt dərəcəsini təsdiq etmək.
Tələblər
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi (İstiqamətlər): Kredit Risk Anderaytinqi (Biznes: SME, Korparativ), Kredit Monitorinqi, Maliyyə, Muhasibat kimi istiqamətlərdə təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Lisenziya/ Sertifikat: Risk menecment, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası), CFA üzrə Sertifikatlara üstünlük verilir;
- Xarici dil: İngilis dili (orta), Rus dili (orta) üstünlük verilir;
- Kompüter bilikləri: Microsoft Office;
- İqtisadi/bazar bilikləri : Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması
- Digər : Maliyyə sahəsi, bank qanunvericiliyi və regulyator tələblər üzrə biliklər. Maliyyə təhlili,mühasibatlıq və bankçılıq üzrə təcrübə.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.