İnsan Resursları üzrə Kiçik Mütəxəssis (Müvəqqəti)

İşin təsviri

Vəzifə öhdəlikləri 

  • Yeni işçilərin işə qəbulu, müqavilələrin hazırlanması və sənədlərin formalaşdırılmasında dəstək göstərmək;
  • İşdən çıxan əməkdaşların sənədlərinin düzgün tərtib olunmasında dəstək göstərmək;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək göstərmək;
  • HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı, dövriyyə göstəriciləri və s.) hazırlanmasında iştirak etmək;
  • HR fayllarının arxivləşdirilməsi və sistemli saxlanılmasına dəstək göstərmək;  
  • HR tədbirlərinin (təlimlər, görüşlər, daxili aksiyalar və s.) təşkilinə inzibati dəstək göstərmək;
  • Yeni əməkdaşların adaptasiya prosesində iştirak etmək və ilkin məlumatlandırmanı dəstək göstərmək;
  • HR siyasət və prosedurlarının tətbiqində komanda üzvlərinə dəstək olmaq;
  • İşçilərin şəxsi məlumatlarının HR sisteminə düzgün və vaxtında daxil edilməsi və yenilənməsində dəstək göstərmək;
  • İR layihələrində aktiv iştirak etmək;
  • Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək;
  • Layihələr üzrə vizualların hazırlanmasında ideyaların verilməsi;
  • Layihələr üzrə sənədləşmə işlərinin həyata keçirilməsi;
  • İllik işçi bağlılığı sorğumuzdan əldə edilən rəy əsasında əsas kommunikasiya fəaliyyətlərini formalaşdırması və məlumatlandırması;
  • Daxili tədbirlərin və layihələrin təşkilində kömək və iştirak etməsi;
  • Tədbirlər, vizual materiallar və daxili nəşrlər kimi tələb olunan fəaliyyət və materialların təmin edilməsində şöbənin digər maraqlı tərəfləri ilə sıx əməkdaşlıq çərçivəsində işləməsi;
  • Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və aparmaq;
  • Fərdi, Funksional və bank miqyasında təlim və inkişaf proqramlarının həyata keçirilməsinə dəstək göstərilməsi (bank miqyasında, funksional və FİP).

Sizdən nə tələb olunur?

  • Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
  • Tələb olunan iş təcrübəsi: 1 il (Təlim və İnkişaf, və ya digər İR sahələri)          
  • Xarici dillər: İngilis (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər bacarıqlar: Ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi