İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Satınalmaların normativ sənədlərə uyğun aparılmasını təmin etmək;
- Müəssisələrin ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender komissiyasının işini təşkil etmək;
- Satınalmalar qrupunun işini əlaqələndirmək, normativ sənədləri müfəssəl şəkildə bilmək, hər bir müsabiqəni əvvəldən sonadək aparmaq;
- Keçirilmiş satınalmaların yekunlarına dair tender komissiyasının yekun protokolunu tərtib etmək;
- Daxil olmuş tender təkliflərinin və kotirovkaların qeydiyyatını aparmaq;
- İstehsalçılardan və tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınmasını, təkliflərin müqayisəli təhlilinin aparılması, tenderin əsas şərtlər toplusunun tərtib etmək işlərini həyata keçirmək;
- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və sair sənədlərin hazırlanmasını təmin etmək və satınalma prosedurlarında iştirak etmək;
- Bağlanmış müqavilələrin icrasına nəzarət etmək, planlaşdırma və satınalma fəaliyyəti haqqında hesabatları təqdim etmək;
- Təchizatla bağlı müqavilələrin layihəsini hazırlamaq, alınan malların çeşidi, müddəti,həcmlərini və qiymətini razılaşdırmaq.
Tələblər:
- Müvafiq sahə üzrə iqtisadi və ta texniki-iqtisadi təhsil;
- 3 il müvafiq sahə üzrə iş təcrübəsi (2 ili mütəxəssis vəzifəsində olmaqla);
- Satın alınan mal (iş və xidmətlər) üzrə satınalma prosesinin aparılması qaydalarını bilməlidir;
- Dövlət satınalamarı haqqında qanunu müfəssəl bilmək;
- Effektiv ünsiyyət qurma bacarığı;
- Xarici dil (ingilis, rus) bilikləri;
- Kompüter bilikləri
- Səmərəli dəyər, etik davranış, qanunçuluq və konfidensiallıq prinsiplərini bilməli;
- Tapşırıqları prioritetləşdirmək bacarığı ilə vaxtı idarə etməyi, etibarlı tədarükçülər və təchizatçıların axtarışını, həmçinin problemləri həll etməyi bacarmaq.
İş yeri: Sumqayıt şəhəri, Karbamid zavodu (Bakı-Quba yolunun 35-ci km-yi).
Son müraciət tarixi: 26 Yanvar 2023
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Böyük mühəndis (satınalma üzrə)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Email: [email protected]