İşin təsviri
                
                
                                
                Namizədə dair əsas tələblər:
	- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və audit)
 
	- Mühasibatlıq üzrə 1-3 il iş təcrübəsi;
 
	- 1 C, Microsoft Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
 
	- Maliyyə üzrə hesabat vermə bacarığı;
 
	- Vergi uçotu üzrə işlərin aparılması;
 
	- Güclü anlama və problemi həll etmə bacarıqları ilə birlikdə analitik düşünmə.
 
	- Azərbaycan (əla) ingilis (yaxşı), rus (yaxşı);
 
Əsas vəzifə və öhdəliklər:
	- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
 
	- Maliyyə rəhbərinin və Sahə menecerinin tapşırıqlarını gündəlik,aylıq, rüblük olaraq yerinə yetirmək
 
	- Mühasibat uçotunun aparılması və işinin təşkili
 
	- Kassa, qaimə yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
 
	- Mal-materialların uçotunun aparılması
 
	- Aylıq tabellərin və naryad cədvəllərinin hazırlanması və işlənməsi
 
	- Gündəlik mədaxil –məxaric əməliyyatların anbar proqramına daxil edilməsi
 
	- Mühasibatlıq və maliyyə hesabat prinsipləri və təcrübələrini dəqiq işlənməsi
 
	- İnventarizasiyanın aparılması
 
	- Silinmələrin dəqiq yoxlanılması və icrası
 
	- Köçürmə əməliyyatlarının dəqiq və vaxtında işlənməsi
 
	- Mükəmməl təşkilati bacarıqlarla birlikdə təfərrüatlara diqqətlə yanaşmaq.
 
	- Təsərrüfatla bağlı bütün maliyyə əməliyyatlarının vaxtında icrası
 
İş şəraiti:
	- Həftə ərzində 6 günlük iş qrafiki, İş yeri: Cəlilabad rayonu, Təsərrüfat
 
	- İş saatı: Həftə içi 09:00-18:00, şənbə günü 09:00-13:00
 
	- Əmək haqqı və digər təminatlar müsahibə əsasında müəyyən olunacaq.
 
	- Cinsi – Kişi
 
	- Yaş həddi : 25 - 40
 
	- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
 
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözlərini qeyd edərək göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Email: [email protected]