Təchizat üzrə mütəxəssis (Balakən)

İşin təsviri

Təsvir

  • Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinin təmin edilməsi;
  • Logistika və nəqliyyat nəzarətinin təşkil edilməsi;
  • Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi;
  • Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
  • Xarici satınalmalar zamanı Gömrüklə işlənməsi;
  • Satınalma sənədlərini hazırlaması;
  • Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  • Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
  • Bazardan (xaricdə olan şirkət və ya yerli mağaza-müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
  • Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
  • Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;
  • Alınmış malların qeydiyyatının 1C proqramında aparılması;
  • Sərgilərdə iştirak üçün lazım olduqda xarici səfərlər edilməsi.

İş şəraiti

  • İş rejimi: 5 günlük
  • İş saatları: 09:00-18:00
  • İş yeri: Balakən rayonu

Tələblər

  • Yaş aralığı: 25-40
  • Satınalma, Təchizat sahəsində minimum 1 il staj
  • Kompüter bilikləri:  Microsoft Office , 1C (SAP bilgilərinin olması əlavə üstünlükdür)
  • Şəxsi NV olan namizədlər arzuolunandır, lakin şərt deyil
  • Sərbəst ünsiyyət və sənədlərlə iş bacarığı
  • Kollektiv ilə işləmək bacarığı
  • Balakən və yaxın rayonlarda yaşayan namizədlər dəyərləndiriləcək

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə 1-2 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Coursera

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.