İşin təsviri
                
                
                                
                Namizədə dair əsas tələblər:
	- Ali təhsil (Aqronom, Menecment, İqtisadiyyat, Biznesin təşkili və idarəolunması)
 
	- Kənd Təsərrüfatı üzrə  5 il iş təcrübəsi; (Kənd Təsərrütı sahəsində iş təcrübəsi arzu ediləndir)
 
	- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
 
	- Hesabat vermə bacarığı;
 
	- Komandada işləmək və komandanı idarə etmək bacarığı;
 
	- Yüksək ünsiyyət,idarə etmə və davranış keyfiyyətlərinə malik olmaq;
 
	- Stressə davamlı, dürüst və analitik düşünmə, hesabat vermə bacarığı olmalıdır.
 
	- Kənd Təsərrüfatı sahəsində nəzəri və praktiki biliklər;
 
	- Azərbaycan (əla) ingilis (yaxşı), rus (yaxşı);
 
	- Aqronomik anlayış
 
Əsas vəzifə və öhdəliklər:
	- Təsərrüfata məxsus torpaqlardan, texnikadan, üzvi və mineral gübrələrdən bitki-mühafizə vasitələrindən, əmək və maliyyə resurslarından səmərəli istifadənin təşkili
 
	- Əkin planı və strategiyasının hazırlanması
 
	- Səpin və toxum planlarının hazırlanmasına nəzarət
 
	- Dərmanlama və gübrələmə proqramlarının hazırlanması
 
	- Kənd təsərrüfatı işlərinin optimal müddətdə və lazımi aqrotexniki səviyyədə   aparılmasına nəzarətin təmin edilməsi
 
	- Bitkiçilik fəaliyyətlərin nəticələrinə dair hesabatların hazırlanması
 
	- Müasir suvarma sistemlərindən anlayış
 
	- Planlama, əməliyyat və idarəetmə istiqamətində bacarıq
 
	- Səbrli, təmkinli və şəxsi maraqlar çərçivəsindən deyil şirkət maraqları çərçivəsində qərar qəbul etmə
 
	- Tələb olunan hesabatların vaxtında və düzgün verilməsi
 
	- Gündəlik departamentlər üzrə iş bölgüsünün düzgün aparılması
 
	- Büdcə planlaması, hədəflər, strategiya və digər istiqamətli qəbul edilmiş qərarların düzgün icrası
 
	- Aqronomik təlabata uyğun gündəlik, aylıq və ya mövsümi k/t texnikalarının performansına uyğun iş bölgüsünün olunması və nəzarəti
 
İş şəraiti:
	- Həftə ərzində 6 günlük iş qrafiki, İş yeri: Cəlilabad rayonu, Təsərrüfat
 
	- İş saatı: Həftə içi 09:00-18:00, şənbə günü 09:00-13:00
 
	- Əmək haqqı və digər təminatlar müsahibə əsasında müəyyən olunacaq.
 
	- Cinsi – Kişi
 
	- Yaş həddi : 30-50
 
	- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
 
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Təsərrüfat Sahə meneceri” sözlərini qeyd edərək göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Email: [email protected]