Mühasib

  • ASIA Motors
  • Elanın qoyulma tarixi: 13.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat sahələri üzrə üstünlükdür)
  • İş təcrübəsi: Maliyyə Nəzarəti, Hesabatlılıq sahəsi üzrə ən azı 2-3 il
  • Sertifikat/vəsiqə/lisenziya: Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər təhsili (eyni zamanda ACCA F3/F7 sertifikatının olması üstünlükdür)
  • Kompüter bilikləri: 1C 8.3 (yaxşı), Excel (yaxşı), Word (yaxşı)
  • Dil: Azərbaycan dili (əla), rus  və ingilis dillərinə (üstünlük verilir)
  • Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
  • Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə biliklər

Vəzifələr:

  • Aylıq daxili hesabatların hazırlanması və təqdim edilməsi
  • Aylıq və Rüblük vergi və statistika hesabatlarının təqdim edilməsi
  • Bank və ƏDV depozit əməliyyatlarının aparılması, E-qaimələrin tərtibi
  • Ödəniləcək hesab-fakturaların yoxlanılması və təsdiq üçün hazırlanması
  • Debitor borclara nəzarət edilməsi
  • Fakturalar üçün ödəniş tapşırıqlarını hazırlamaq
  • 1C-yə bank məlumatlarının daxil edilməsi
  • Xarici ödənişlərin həyata keçirilməsi
  • Kiçik mühasib tərəfindən icra olunan əməliyyatlara nəzarət
  • Kreditor borclara və anbar qalığına nəzarət
  • İşə aid ola bilən digər əlavə tapşırıqların yerinə yetirilməsi
  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
  • Müqavilələrin redaktə edilməsi və düzəldilməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • E-Qaimə fakturalarının və gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Mal-material uçotunun aparılması

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
  • İş yeri: Babək prospekti
  • Karyerada yüksəliş imkanları

Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsində “Mühasib” qeyd edərək göndərə bilərlər.

Email: [email protected]