Satış nümayəndəsi (avtomobil satışı sahəsi üzrə)

  • ASIA Motors
  • Elanın qoyulma tarixi: 03.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
  • Azərbaycan dilini səlist, Rus və İngilis dilini yaxşı bilməli (təlimlər ingilis dilində olacaq);
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
  • Parakəndə avtomobil satış sahəsində təcrübə mütləqdir;
  • İkinci əl avtomobillərin satışı üzrə təcrübə arzuolunandır;
  • MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
  • Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
  • Yeniliklərə açıq olmalı;
  • Yaş həddi: 25-35

Vəzifələr:

  • Müştəriləri satış salonunda qarşılıyıb avtomobil satışının həyata keçirilməsi;
  • Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Gündəlik müraciət (giriş, zəng, email və s.) hesabatının hazırlanması və dolğun məlumatın verilməsi;
  • Reqlamentə uyğun müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
  • Yeni satışlar üçün potensial müştərilərlə əlaqələrin təşkili;
  • Satdığı və rəqib şirkətlərin müvafiq məhsulları barəsində öyrənilməsi, araşdırılması və analizinin aparılması;
  • Təlimlərdə iştirak etməli və inkişaf planına uyğun irəliləməli;
  • Satış prinsiplərinə riayət etməli;
  • Avtomobil sifarişində yaxından iştirak etməli;
  • Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
  • Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
  • Məvacib: 800 Azn + Bonus
  • İş yeri: Babək prospekti
  • Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
     

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Satış Nümayəndəsi” qeyd edərək göndərə bilərlər.