İşin təsviri
Tələblər:
- Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarda işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən olmalı;
- Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
- Azərbaycan dilini səlist bilməli, Rus və İngilis dilini yaxşı bilməli;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
- Avtomobil sahəsində təcrübə arzuolunandır;
- MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Kreativ yanaşmaya sahib və yeniliklərə açıq olmalı;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı olmalı;
- Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
- Yaş həddi: 24-35;
Vəzifələr:
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Bütün növ marketinq layihələrinə nəzarət etmək, koordinasiya etmək, marketinq alətlərində işləmək;
- Şirkətin bütün rəsmi sosial media hesablarının idarə edilməsi;
- Marketinq planının hazırlanması və həyata keçirilməsi;
- Outdoor və indoor reklamların yerləşdirilməsi;
- Press relizlərin yazılması;
- Şirkətə məxsus internet səhifələrinə nəzarət və dəyişikliklərin edilməsi;
- Şirkətin fəaliyyət təyinatı üzrə SMM hədəflərin təyin etmək;
- SMM üzrə aylıq planların hazır edilməsi;
- Plan üzrə vizualların hazırlanmasına nəzarət etmək;
- Plan üzrə mövzu mətnini (kontenti) hazırlamaq;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz araşdırmalarının aparılması;
- Axtarış platformalarında optimizasiyanı təşkil etmək;
- Şirkət üçün marketinq materiallarının hazırlanması və sifariş olunması;
- Marketinq kampaniyaları və layihələrinin idarəedilməsi;
- Marketinq tədbirlərinin təşkili;
- Müqayisəli şəkildə aylıq nəticələrin hesabatlarının hazırlanması;
- Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
- Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş qrafiki: 5 günlük və müvafiq iş saatı həcmi.
- İş yeri: Babək prospekti.
Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.