Marka meneceri (avtomobil satışı və satış sonrası xidmət sahəsi üzrə)

  • ASIA Motors
  • Elanın qoyulma tarixi: 04.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil olmalı (iqtisadi ali təhsil arzuolunandır);
  • Azərbaycan və İngilis dilini səlis bilməli, Rus dilini yaxşı bilməli (təlimlər ingilis dilində olacaq);
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi olmalı;
  • Parakəndə və korporativ yeni avtomobil satışı, marketinqi və satışsonrası xidmət sahəsində təcrübə mütləqdir;
  • MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C 8.3 proqramlarında işləmək bacarığı olmalı;
  • Bazar iqtisadiyyatını, biznesin əsaslarını, qiymətləndirmə üsullarını, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını bilməli;
  • Biznesin idarəedilməsini bilməli;
  • Analitik düşüncə qabiliyyəti olmalı;
  • Bazarın inkişaf modellərini və mallara tələbatın formalaşmasını bilməli;
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını bilməli;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Yüksək səviyyədə gürüşlərin aparılması, danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
  • Yeniliklərə açıq olmalı;
  • Yaş həddi: 25-35

Vəzifələr:

  • Məhsulun (avtomobilin) bazarda mövqeyini izləmək (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirmək, şirkətin imicinin müntəzəm tədqiqatını aparmaq;
  • Qiymət siyasətinə və rəqib məhsullara olan tələbata nəzarət etmək, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etmək;
  • Satış həcmlərini proqnozlaşdırmaq;
  • Sifariş edilən avtomobillərin ölkəyə gətirilməsinə, şirkətə çatdırılmasına biləvasitə nəzarət etmək;
  • Məhsulun satılması üçün sxemlər hazırlamaq;
  • Məhsul üçün qiymət siyasətini inkişaf etdirmək, malların satış şərtlərini müəyyən etmək (fərdi/mövsümi yanaşma istiqamətində endirimlər və faydalar sistemi);
  • Potensial alıcılara və istehlakçılara məhsul təqdimatlarını (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etmək;
  • Məhsulun xüsusiyyətlərini tədqiq etmək, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etmək;
  • Məhsulun irəliləməsi və satışı üçün bir sıra öhdəlikləri həyata keçirmək;
  • Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək;
  • Rəqiblərin qiymət siyasətini, bazar payını bilmək;
  • İllik planları və proqnozları tərtib etmək.
  • Satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi;
  • Cari və yeni məhsullar üzrə satış həcminin və mənfəətin təxmin edilməsi;
  • Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
  • Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
  • Keçiriləcək marketinq kampaniyalarında pressreliz mətnlərinin yazılmasında yaxından iştirak etməsi;
  • Marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
  • Məhsulların 1C proqramında nomenklaturasının yaradılması;
  • Avtomobillərin sifarişini sistematik olaraq təşkil etməsi;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki: 5 günlük və müvafiq iş saatı həcmi
  • İş yeri: Babək prospekti

Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsində “Marka meneceri” qeyd edərək göndərə bilərlər.