İT mütəxəssis (Bakı, Gəncə, Şəki, Quba, Sabirabad, Masallı şəhər və rayonları üzrə)

İşin təsviri

Vəzifə Funksiyaları:

  • kompüterləri, printerləri və digər avadanlıqları, habelə proqram təminatlarını quraşdırmaq, sazlamaq və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
  • ofisdaxili şəbəkəni tənzimləmək və problemləri aradan qaldırmaq; 
  • masaüstü kompüterlərin və noutbuk avadanlıqlarının ilkin diaqnostikasını (hardware) həyata keçirmək;
  • informasiya təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək;
  • yeni avadanlıqların quraşdırılması və istifadəçinin təlimatlandırılması üçün işlər görmək;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Vəzifənin Tutulmasına Dair Tələblər:

  • ali təhsil (texniki təhsil arzuolunandır);
  • azərbaycan dili üzrə yüksək, ingilis dili üzrə texniki səviyyədə dil bilikləri;
  • sistemin ilkin anlayışları (AD, DHCP, DNS və s.)
  • şəbəkənin ilkin anlayışları (OSI, TCP/IP, VLAN, Cabling Standarts)
  • ilkin virtualizasiya və bulud texnologiyaları haqqında anlayışlar;
  • şəbəkə printerləri ilə iş üzrə bilik və təcrübə;
  • kompüter avadanlığının təmiri və montajı;
  • dəyişkən iş saatlarına uyğunlaşa bilmə;
  • ezamiyyəyə gedə bilmə imkanı;
  • sürücülük vəsiqəsinin olması üstünlükdür.

Üstünlük göstəriciləri:

  • Comp TİA A+ və digər beynəlxalq İT sertifikatları;

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq və təşkilatçılıq;
  • nəticəyə hədəfli;
  • komanda işi.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “İT mütəxəssis” qeyd etməklə CV-lərini [email protected]  elektron poçt ünvanına göndərmələri xahiş olunur.