İşin təsviri
                
                
                                
                DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:
	- informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- karyera irəliləyişlərində yaradılan imkanlar;
- daxili və xarici təlimlərdə iştirak;  
- beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
- Mərkəzdaxili aktiv sosial həyat.
Vəzi̇fə Funksi̇yaları:
	- informasiya texnologiyaları sahəsində hazırlanan layihələrin testləşdirmə prosesini həyata keçirmək;
- biznes proseslərin funksional testlərini aparmaq;
- hazırlanan layihələrin testləşdirmə prosesinin sürətləndirilməsi üçün zəruri tədbirlər görmək; 
- testin bütün aspektlərinin (funksional və qeyri-funksional) tələb olunan səviyyədə həyata keçirilməsi üçün testçilər, tərtibatçılar və digər komanda üzvləri ilə əməkdaşlıq etmək;
- sahə üzrə sifariş verilmiş işlərin və xidmətlərin təsdiq olunmuş tələblərə uyğunluğunu yoxlamaq, test etmək və aşkar edilmiş uyğunsuzluq və çatışmazlıqların icraçılar tərəfindən aradan qaldırılmasına dair təkliflər hazırlamaq;
- test edilən proseslərin monitorinqini həyata keçirmək;
- yaranan problemlər üzrə texniki dəstəyə vaxtında hesabat verilməsini təmin etmək;
- layihə zamanı icra olunması planlaşdırılan proqram təminatları üzrə texniki və funksional tələblərin formalaşdırılması mərhələsində müzakirələrdə aktiv iştirak etmək;
- hazırlanan layihələrlə bağlı digər struktur bölmələr ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasında iştirak etmək;  
- fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:
	- ali təhsil;
- müvafiq və oxşar sahədə azı 2 il iş təcrübəsi;
- azərbaycan dili üzrə yüksək, ingilis dili və rus dili üzrə orta səviyyədə dil bilikləri;
- MS Office proqramları üzrə yaxşı biliklər;
- test metodologiyaları üzrə biliklər;
- BPM alətləri üzrə biliklər.
Üstünlük göstəriciləri:
	- informasiya texnologiyaları və ya oxşar ixtisaslar üzrə ali təhsil
Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər və Bacarıqlar:
	- məsuliyyətlilik;
- etibarlılıq və dürüstlük;
- inkişafa yönümlü və innovativlik;
- operativlik və çeviklik;
- təşəbbüskarlıq və təşkilatçılıq;
- nəticəyə hədəfli;
- komanda işi;
- analitik düşünmə.
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Software tester” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Email: [email protected]