Data analitika üzrə aparıcı mütəxəssis

İşin təsviri

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • daxili və xarici təlimlərdə iştirak;  
  • beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
  • Mərkəzdaxili aktiv sosial həyat.

Vəzifə funksiyaları:

  • yeni təhlilləri hazırlamaq və bu istiqamətdə təkliflər vermək;
  • vizuallaşdırılmış təhlilləri optimallaşdırmaq;
  • gündəlik təhlil apararaq məlumatlarda olan uyğunsuzluqları aşkarlamaq;
  • gündəlik, aylıq, rüblük hesabatları hazırlamaq;
  • məlumatların təmizlənərək daha anlaşılan formalarını hazırlamaq;
  • hazırlanmış təhlilləri gündəlik olaraq dayanıqlılığını təmin etmək;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Vəzifənin tutulmasına dair tələblər:

  • ali təhsil;
  • biznes analitik kimi azı 1 il iş təcrübəsi;
  • Tableau və PowerBI bilikləri;
  • müxtəlif bazalarla iş təcrübəsi (Oracle arzuolunandır);
  • SQL (Oracle və Postgres) və PL/SQL üzrə biliklər;
  • MS Office proqramları (Excel bilikləri yüksək səviyyədə);
  • riyazi təhlillər aparma bacarığı.

Vəzifəyə dair tələb edilən şəxs keyfiyyətlər və bacarıqlar:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq və təşkilatçılıq;
  • nəticəyə hədəfli;
  • komanda işi.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Data analitika üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]