Layihələr və məhsulların idarə edilməsi departamentinin aparıcı mütəxəssisi

İşin təsviri

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • daxili və xarici təlimlərdə iştirak;  
  • beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
  • Mərkəzdaxili aktiv sosial həyat.

Vəzifə funksiyaları:

  • strateji biznes ehtiyaclarını və müştəri proseslərini öyrənmək, təhlil etmək və təkliflər hazırlamaq;
  • biznes tələblərinin toplanması üçün görüşlər və təqdimatlar keçirmək, əməkdaşlığa dair təkliflər hazırlamaq;
  • biznes proseslər üzrə sənədləri, o cümlədən texniki tapşırıqlar, diaqramlar, istifadəçi təlimatları hazırlamaq;
  • biznes proseslərinin təhlilində informasiya texnologiyaları məlumatlarından istifadə etmək;
  • biznes tələblərinə dair həlləri araşdırmaq və təkliflər hazırlamaq;
  • biznes proseslərini davamlı nəzərdən keçirmək, data və statistik analizləri aparmaq və optimallaşdırma üçün tədbirlər görmək;
  • layihələrin və layihə planlarının hazırlanmasında, habelə layihələrin idarə olunmasında iştirak etmək;
  • fəaliyyətin təkmilləşdirilməsi məqsədilə informasiya texnologiyaları sahəsində yenilikləri izləmək;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:

  • ali təhsil;
  • biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dili üzrə yüksək, İngilis dili və Rus dili üzrə orta səviyyədə dil bilikləri;
  • MS Word, MS Excel, MS Project, MS Visio, SQL üzrə biliklər;
  • BI (power bi, knowage və s.) data modelləri qurmaq bacarığı;
  • Task Management sistemləri ilə işləmə bacarığı (Jira, Redmine, Trello və s.);
  • Mockup, Wireframe, Draw.io alətlərindən istifadə etmək bacarığı.

Üstünlük göstəriciləri:

  • informasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə alli təhsil.

Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər və Bacarıqlar:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq və təşkilatçılıq;
  • analitik düşünmə;
  • komanda işi;
  • nəticəyə hədəfli.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Layihələr və məhsulların idarə edilməsi departamentinin aparıcı mütəxəssisi” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.