Sığorta əməliyyatlarına dəstək şöbəsinin müdiri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 06.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Sənədlərin icra müddəti dövründə icra edilməsinə nəzarəti təmin etmək;
  • Cəmiyyətin sənəd dövriyyəsinə nəzarət etmək və təkmilləşdirmək;
  • Cəmiyyətə daxil olan sənədlərin sistem üzrə qeydiyyata almaq, aid olduğu şöbəyə yönləndirmək, icraçılara çatdırmaq işlərini təşkil etmək;
  • Cəmiyyətdən xaric olan sənədlərin çap olunması, redaktə işinin aparılması, lazımi düzəlişlərin edilməsi, müvafiq formada imzalanmasının təmin olunması, sənədlərin tamlığının yoxlanılması, müvafiq formada zərfə yerləşdirilməsi işlərini təşkil etmək;
  • Sığorta müqavilələri, şəhadətnamələri və onların ayrılmaz tərkib hissəsi hesab olunan əlavələr və ərizələrin nüsxələrini tələb edilən vaxtda toplanması, arxivləşdirilməsini, şöbə daxili hər-hansı sənədlərin qaydasında olmasını və şöbənin əməkdaşlarının köməkçi funksiyalarını yerinə yetirilməsini təşkil etmək;
  • Arxivdəki sənədlərin yerləşdirilməsi, axtarılması, sənədlərin mövcudluğunun periodik yoxlanılması və müvafiq hallarda təhvil təslimini təmin etmək;
  • Şöbənin əməkdaşları tərəfindən əmək intizamına riayət olunmasını təmin etmək;
  • Departament rəhbərinin göstərişi ilə digər tapşırıqları yerinə yetirmək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Kargüzarlıq və sənəd dövriyyəsi sahəsi üzrə 2 il iş təcrübəsi.
  • Təhsili/ixtisası: İqtisadiyyat və idarəetmə, Hüquq, Maliyyə üzrə ali təhsil.
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta.
  • Üstünlüklər: İngilis dili üzrə əla biliklərin olması. Ən azı 2 il rəhbər vəzifəsində iş təcrübəsi. Stressə davamlı, təmkinli və analitik düşünmə bacarığı
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/about/karyera/

İşəgötürənin reytinqi