Proqram təminatı üzrə mühəndis (Full-stack software engineer)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 28.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Data Scientistlər, Data mühəndisləri və Devops komandası ilə birgə data əsaslı proseslərin qurulması və avtomatlaşdırılması.
  • Data platformaları, ML OPs və digər sahələrdə yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
  • Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
  • Riskləri və səmərəsiz həll yollarını aradan qaldırılması üçün həll yollarının dizaynı;

Bizim üçün uyğun namizəd:

  • Proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;
  • Java, Python və ya Scala üzrə təcrübəyə;
  • JavaScript/HTML/CSS , SASS/LESS təcrübəyə
  • Versiya Kontrol Sistemləri, CI/CD üzrə biliklərə;
  • RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
  • Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
  • Mikroservis arxitekturası üzrə biliklərə;
  • Agile iş üsulları barədə məlumatlılığa;
  • Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi