Müştəri təcrübəsi üzrə mütəxəssis (Retail segment tribe)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 28.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Komandanın fəaliyyət istiaqaməti üzrə məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
  • Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
  • Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və satışlara müsbət təsir edə biləcək təkliflərin hazırlanması;
  • Tətbiq olunmuş model və yanaşmaların izlənməsi və optimallaşdırılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Minimum bir il iş təcrübəsinə;
  • İngilis dili biliklərinə (orta səviyyədə);
  • Satış və/və ya məhsulların yaradılması şöbələrində iş təcrübəsinə (üstünlükdür);
  • Hesabatlıq və ya təhlil şöbələrində iş təcrübəsinə (üstünlükdür);
  • Orta səviyyədə MS Excel, SQL, Python biliklərinə (üstünlükdür);
  • Məlumatların vizuallaşdırılması üzrə biliklərə (üstünlükdür);
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi