Biznes analitika üzrə Aparıcı/Baş mütəxəssis (Retail segment Tribe)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 28.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Komanda ilə birgə, biznes tələblərinin formalaşdırılması, analiz edilməsi və sənədləşdirilməsi;
  • Tələblər ilə bağlı spesifikasiyaların(İT spesifikasiya daxil) hazırlanması, spesifikasiyanın tapşırıqlara bölünməsi.
  • Tapşırıqların(texniki tapşırıqlar daxil olmaqla), maraqlı tərəflərlə müzakirə edilməsi və qoyulmuş tələblərin həyata keçirilməsinin mümkünlüyünün təmin edilməsi;
  • Maraqlı tərəflərlə müzakirələr aparmaqla tələblərin icrasının dəyərləndirilməsi;
  • Problemlərin aşkarlanmasında, analizində və həll olunmasına dəstək göstərilməsi və nəzarət olunması; 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə; 
  • Güclü komunikasiya  və analitik düşüncə qabiliyyətinə;
  • Sahə üzrə minimum 2 il təcrübəyə; 
  • Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) təcrübəsinə;
  • MS Office alətləri ilə işləmə bacarığına;
  • Azərbaycan dilini səlis, Rus və ya İngilis dili biliyinə(Texniki tapşırığı anlamaq və tərtib etməyə tam kifayət edəcək səviyyədə);
  • Jira və  Project/Issue management sistemləri ilə işləmək bacarığına;
  • Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə; 
  • Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

https://careers.abb-bank.az/

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi