Rəqəmsal Marketinq Mütəxəssisi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 20.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəzifələr:

  • Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
  • Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
  • Rəqəmsal marketinq təqvimini idarə etmək;
  • Satış kampaniyalarının onlayn və oflayn konvertasiyasını izləmək və hesabat vermək;
  • Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
  • Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
  • Hesabatların hazırlanması və bu hesabatların ümumi analizlərə inteqrasiyası; qlobal FINCA rəqəmsal marketinq tablosuna töhfə vermək;
  • Marketinq və digər təşkilati məsələlərlə bağlı Marketinq Departamentinin Meneceri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

ləb olunan bacarıqlar:

  • Marketinq, kommunikasiya, informasiya texnologiyaları sahəsində ali təhsil;
  • Rəqəmsal Marketinq Mütəxəssisi və ya oxşar vəzifədə 2 ildən artıq təcrübə;
  • Google Ads, Facebook Ads Manager, Google Analytics, Facebook Insights, Facebook Business Manager, Google Tag Manager üzrə güclü bacarıq və təcrübə;
  • Sosial media kanallarının (FB, Instagram, LinkedIn, YouTube və s.) və mesajlaşma platformalarının (WhatsApp, Messenger və s.) peşəkar istifadəçisi.
  • SEO/SEM biliyi tələb olunur;
  • Veb məzmun idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır
  • Onlayn media planlaşdırmasının əsas ölçülərini anlamaq;
  • Ofis proqramlarında müstəqil işləmək bacarığı;
  • Əla analitik və təşkilatçılıq bacarığı.
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda işi;
  • Azərbaycanın regionlarına səyahət etmək imkanı;
  • Statistik təhlil proqramları üzrə biliklər arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan (ana dili/səlis), İngilis dili (əla), Rus dili (arzuolunandır)

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa,  15 Yanvar, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

https://finca.az/jobs/dijital-marketinq-mutexessisi/

İşəgötürənin reytinqi