Digital Marketinq Tədrisi üzrə Proqram Rəhbəri

  • Code Academy
  • Elanın qoyulma tarixi: 20.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

Akademik fəaliyyət və inzibati işlər:

  • Akademiyanın qoyduğu qaydalar çərçivəsində tədris prosesinin icrasını təşkil edir və nəzarət edir;
  • Tədris proqramı çərçivəsində müəllim və mentor/müəllim köməkçilərinin dərsin keyfiyyətli şəkildə təyin olunan tədris saatları çərçivəsində tədris etdiyinə nəzarət edir;
  • Mentor/müəllim köməkçiləri tərəfindən praktiki dərslərin, o cümlədən, ev tapşırıqlarının yerinə yetirildiyinə nəzarət edir, bu prosesdə müəllim və müəllim köməkçisi ilə sıx işləyir;
  • Tələbə layihələrini müəllimlə birgə təyin edir və məzun olma proseslərində layihə rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış edir;
  • Tədris proqramına dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüslərlə gəlir, əsaslandırır, qərar vermə proseslərində layihə rəhbərinə dəstək göstərir;
  • Tədris proqramın yekun layihəsinin son tarixini və qiymətləndirmə meyarlarını təyin edir, müəllim və tələbələrlə paylaşır, yoxlayır və dərəcə ilə bitirmə səviyyəsini təyin edir;
  • Müsbət müəllim - tələbə təcrübəsinin yaradılmasında birbaşa iştirak edir;
  • Dərs prosesi bitdikdən sonra layihə rəhbəri ilə ötən tədris proqramı haqqında müzakirə aparır, proqram nəticələrini təqdim edir, təkmilləşdirmə üzrə təkliflər verir, tədris prosesini növbəti il üçün təşkil edir;
  • Müəllimlərin layihələr üzrə işə qəbulu, yerləşdirilməsi və nəzarəti üzrə işlər görür;
  • Praktiki məşğələ gününədək müəllimin və müəllim köməkçilərinin hazırladığı tapşırığı yoxlayır və tələbərə praktiki məşğələ günü təqdim etməsi üçün təsdiq edir;
  • Tədris proqramının təkmilləşdirilərək marketinq işlərinin görülməsində yaxından iştirak edir;
  • Müəllimlərin təlim və inkişaf planlarını hazırlayır və izləyir;
  •  Yeni müəllimlərin yetişdirilməsi üzrə Akademik şöbə ilə sıx işləyir.

Tələblər:

  • Ali təhsil;
  • Digital marketinq sahəsində bilikli olması və rəqəmsal alətlərdən istifadə səlistliyi;
  • Digital marketinq üzrə müvafiq beynəlxalq sertifikatlara sahib olmaq;
  • Sosial aktivlik təcrübəsi;
  • Komanda yönümlülük və quruculuq işləri üzrə təşəbbüs;
  • Ünsiyyət qabiliyyəti;
  • Müxtəlif səviyyəli və tip insanlarla işləmək qabiliyyəti;
  • Sinif idarəetmə bacarığı;
  • Xidmət göstərməyə meyillilik.

Şəxsi keyfiyyətlər:

  • Təşəbbüskar;
  • Motivasiyalı;
  • Detallara yönümlü;
  • Dostyana olmaq;
  • İzah etmə qabiliyyəti.

 

https://glorri.com/code/6391ec438cfac646410df618-Digital%20Marketinq%20T%C9%99drisi%20%C3%BCzr%C9%99%20Proqram%20r%C9%99hb%C9%99ri?sources=JobSearch