İR üzrə menecer

  • Azerlotereya
  • Elanın qoyulma tarixi: 16.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Maraqlı tərəflərin informasiya ehtiyaclarına cavab verən insan resursları sistemini işləyib hazırlamaq və idarə etmək;
  • Maraqlı tərəflərə insan resurslarına dair siyasət və təcrübələrlə bağlı təqdimatları hazırlamaq;
  • Şirkətin işə qəbul prosesinə nəzarət etmək;
  • Rəhbər işçilərin işə qəbul prosesində iştirak etmək;
  • Yeni işçiyönümlülüyü və adaptasiya prosesini planlaşdırmaq və həyata keçirmək;
  • Rəqabətə davamlı kompensasiya planının hazırlanması məqsədilə əmək haqları və müavinətlərə dair hesabatları təhlil etmək;
  • Siyasət, prosedurlar və proqramlarla bağlı sorğuları cavablandırmaq;
  • Şirkət daxilində səmərəliliyin və uyğunluğun təmin edilməsi məqsədilə fəaliyyətin idarə edilməsi prosesinə nəzarət etmək;
  • Müsahibə, işə götürmə, müqaviləyə xitamvermə, karyerada irəliləyiş, icra təhlili, təhlükəsizlik və etika mövzusunda Qrupun İR Direktorunun məlumatlı olmasını təmin etmək;
  • Həyat və tibbi sığorta, həmçinin məzuniyyət, xəstəlik məzuniyyəti, işə icazəli çıxmama və işçiyə yardım kimi müavinət proqramlarına nəzarət etmək;
  • Etik məsələləri araşdırmaq və Qrupun İR Direktoruna məlumat vermək;
  • Rəqabətli əməkhaqqı dərəcəsini müəyyənləşdirmək məqsədilə əmək bazarında aparılan sorğularda iştiraka nəzarət etmək;
  • İşçilərin işdən çıxarılması barədə bildirişlərin və müvafiq sənədlərin hazırlanmasına nəzarət etmək və işdən çıxmamışdan əvvəl səbəbləri müəyyən etmək üçün işdən çıxmaqla bağlı müsahibələr keçirmək;
  • İşə çıxmamaq hallarının və dövriyyənin azaldılması məqsədilə hesabatları idarə etmək və prosedurlar tövsiyə etmək;
  • Müvəqqəti işçilər, konsultantlar və s. kimi işçi xidmətlərinin göstərilməsi üçün kənar təchizatçılarla müqavilə bağlamaq.

Tələblər:

  • Bu sahə üzrə 6 ildən artıq iş təcrübəsi;
  • Güclü ünsiyyət bacarığı, müxtəlif maraqlı tərəflərdən ibarət qrupa təsir etmək bacarığı;
  • Güclü problemi həlletmə, aktiv dinləmə bacarığı, təşkilati və vaxtın idarə edilməsi bacarığı;
  • Çoxsaylı tapşırıqların öhdəsindən səmərəli şəkildə gəlmək və təşkilatda qarşılıqlı əlaqə qurmaq bacarığı;
  • Aidiyyəti sertifikatların olmasına üstünlük verilir;
  • Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmək;
  • MS Suite proqramı üzrə işçi biliklər;
  • Aydın, lakonik ünsiyyət.

Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "İR üzrə menecer" yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur.  

İşəgötürənin reytinqi