Azerlotereya


"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır.

Həmin fərmana əsasən "Azərlotereya" ASC-nin təsisçisi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidir. Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini "Azərlotereya" ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının  Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 29 yanvar 2002-ci il tarixli, 09 saylı əmri ilə cəmiyyətin strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Sədri 23 fevral 2003-cü il tarixli, 50 saylı əmrlə "Azərlotereya" ASC-ti tərəfindən Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsini tənzimləyən qaydaları təsdiq etmişdir.

8 iyun 2003-cü il tarixindən 12 iyun 2003-cü tarixinədək Çex Respublikasının Praqa şəhərində keçirilən Avropa Dövlət Lotereyalar və Toto Assosiyasiyasının növbəti konqresində "Azerlotereya" ASC həmin Assosiyasiyaya qəbul edilmişdir. Qəbul etmə mərasimi 11 iyun 2003-cü il tarixində Assosiasiyanın Baş Assambleyasında keçirilmişdir. Həmin konqresdə Avropanın müxtəlif Ölkələrindən 88 dövlət lotereya şirkəti daimi üzv şəkilində iştirak etmişdir.

Qeyd etmək istərdik ki, Avropanın Dövlət Lotereyalar və Toto Assosiasiyasının məqsədləri Assosiasiya üzvlərinin ümumi maraqlarının yeridilməsi və imkanların qenişləndirilməsi ümumi biliklərin təkmilləşdirilməsi və üzvlərin statuslarının yüksəldirilməsi, avropa cəmiyyətinin idarələri (müəssisələri) və Avropada mövcud olan digər dövlət və dövlətlərarası təsisatların qarşısında üzvlərin maraqlarının qorunması, üzvlər arasında əməkdaşlıq və xüsus ilə də lotereyaların ümumavropa səviyyəsində keçirilməsi üçün imkanlar yaratmaqdır.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?