Təchizat üzrə mütəxəssis

  • Star Mining LLC
  • Elanın qoyulma tarixi: 09.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aşağıdakı göstərilən tələblərə uyğun gəlməyən namizədlərin CV-ləri qeydə alınmayacaq.

Namizədə tələblər:

  • Yaş həddi:28-40
  • Azı 3 il bu iş üzrə təcrübəsi 
  • Komanda da işləmək bacarığı 
  • Rus və İngilis dillərində bilməsi arzu olunandır 
  • Outlook, Excel və Word proqramlarında işləmək bacarığı
  • İşinə məsuliyyətli yanaşma, diqqət, çeviklik və stressə davamlı

Vəzifə təlimatı:

  • Daxil olan sifarişlərin icrasını həyata keçirmək: mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək. 
  • Alınmış malların qeydiyyatının aparılması;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması
    İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak etmək
  • Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi.
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
  • Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək.
  • Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət etmək

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək

Nahar şirkət tərəfindən verilir

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.

Əmək haqqı 1200-1400azn

Uyğun namizədlər CV formalarını mail-a mövzu yerində Təchizat üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər. 

Email: [email protected]