Kreditor üzrə maliyyəçi

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 06.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali İqtisadi təhsil (Maliyyə, Mühasibatlıq ixtisasları üzrə təhsil arzuolunandır);
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsi ;
  • Mühasibatlıq və maliyyə sahəsi ilə bağlı bilik və bacarıqlara  malik olmalı;
  • Azərbaycan dilini yüksək səviyyədə bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
  • Microsoft Excel proqramında işləmə bacarığı olmalı;
  • Yaş: 25-35

İş barədə:

  • Məhsul, iş və xidmətlərin alışı üzrə ehtiyacları təhlil etmək və öncədən nəzarəti təmin etmək
  • Məhsul, iş və xidmətlərin alışı üzrə müqavilə şərtlərinə nəzarət etmək
  • Məhsul, iş və xidmətlərin faktiki alış miqdarı və məbləğlərin alış sənədlərinə (müqavilə, elektron qaimə və s. alış sənədləri) uyğunluğunu yoxlamaq və təhlil etmək
  • Alışlar üzrə təsərüfat əməliyyatlarının vaxtlı-vaxtında sənədləşməsinə nəzarət etmək
  • Xərclərin səmərəliliyini təhlil etmək və xərclərin optimallaşdırılması üzrə davamlı təkliflər hazırlamaq
  • İdxal zamanı alış, daşınma, sığorta və gömrük rüsumları üzrə hesablaşma əməliyyatlarına nəzarət etmək
  • Məhsullar üzrə anbar qalıqlarına nəzarət etmək və onların dövr sürətini təhlil etmək
  • Müqavilə şərtlərinə uyğun ödəniş intizamına nəzarət etmək
  • Ödəniş büdcələrinin hazırlanmasında iştirak etmək
  • Kreditorlar üzrə hesablaşmalrın analtik uçotunu aparmaq
  • Alışlar üzrə ödənişlərin elektron-qaimə sənədləri üzrə düzgün icra edilməsinə (bağlanmasına) nəzarət etmək və onların analitik uçotunu aparmaq 
  • Kreditorlarla hesablaşma əməliyyatlarının mütəmadi üzləşmələrini aparmaq və üzləşmə aktlarını rəsmiləşdirmək
  • Kreditorlarla hesablaşmaların dövriyyə sürətini təhlil etmək
  • Kreditorlarla hesablaşmalar üzrə likvidlik və valyuta risklərini təhlil etmək 
  • Kreditorlar üzrə idarəetmə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək

CV göndərərkən mövzu qismində "Kreditor üzrə maliyyəçi" sözünün yazılması mütləqdir!

Email:  [email protected]

 

İşəgötürənin reytinqi