Anbar üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 23.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • Anbara malın qəbulu:

  1. Gələn xammal haqında tam məlumat əldə etmək
  2. Gələn xammal  həm STP nin tərəzisində .həm də SPZ nin tərəzisində bir -bir çəkilir 
  3. Gələn xammalın bütün sənədləri o cümlədən xaricdən gələnin invoisi daxildən gələnin elektron qaiməsi tələb edilir.
  4. Xammal boşaldılanda Təhlükəsiliklə əlaqə saxlanılır. Giriş səmnədləri və tərəzi çeki  ona verillir.
  5. Xammala Loqo Proqramı vasitəsi ilə Satınalma sifarişi açdırılır.
  6. Proqramda maliyə önərini götürəndən sonra xammal anbara yerləşdirilir.
  7. Verilən sənədə uyğun olaraq  gələn xammal maşından boşaldılıb anbara təyin edilən yerə qoyulur, sənədlə xammal arasında çatışmamazlıq olanda  dərhal satınalma nümayəndəsinə məlumat verilir.
  8. Xammalı qəbul edəndə keyfiyyətə nəzarəti çağırıb  keyfiyyət rəyi tələb edilir.
  9. Gələn xammallar haqında tam məlumatları  dollğun olaraq Excel proqramındada işlənilir.
  10. Hər bir işdən qabaq rəhbərlik tam məlumatlandırılır.
  • Gələn ehtiyat hissələrin və digər malların qəbulu:

  1. Yuxarıda göstərilən əməliyatlar ardıcıl olaraq təkrarlanır.
  2. Ehtiyat hissələrin  və digər malların bütün sənədləri qaydasında olduğu halda  fiziki həmdə proqram vasitəsi ilə gələn mal   bağlı anbara qəbul edilib yerləşdirilir.
  3. Gələn mallar anbarda  fiziki olaraq  Vitrinlərə yığılram..
  4. Gələn hər bir mal üçün Exceldə  Stok kartlar hazırlanır  və malın üzərinə yapışdırılır.
  5. Gələn malda hər hansı uyğunsuzluq olduqda satınalmanı yazılı formada məlumatlandırılandan sonra həmin mal karantin anbarına yerləşdirilir.
  6. Digər zavodlardan SPZ na lazım olan məhsulların Anbardar tərəfindən gedib sənədləşdirilib gətirilməsi.
  • Xidmət üçün gələn xammalın qəbulu:

  1. Satış meneceri  Anbardara   xidmət üçün  gələn xammal haqında  məlumat verir
  2. Gələn  xammalin sənədlərini yoxlayandan sonra maşından boşaldılıb tərəzidə çəkildikdən sonra anbara yerləşdirilir
  3. Satış meneceri ilə əlaqə saxlıyıb gələn xammalı  proqramda yerləşdirməyini tələb edilir.
  4. Anbardar tərəfindən Loqo proqramı vasitəsi ilə xammal anbara yerləşdirilir və proqramdan anbar sənədini çıxardıb mal gətirənlə qarşılıqlı imzalanır. Giriş sənədlərini mühafizəyə möhürlənib verilir
  5. Xidmət göstərmək üçün  Gələn malı  istehsalat sahəsinə verilir.
  6. Məhsul hazır olduqdan sonra Fiziki olaraq istehsal sahəsindən sayı və ölçüsünə görə hazır məhsul anbara qəbul olunur. Daha sonra proqram vasitəsi ilə də mal anbara yerdəyişmə edilir və sənəd çıxardilib sex rəisi ilə qarşılıqlı imzalanır.
  7. Məhsulun Hazır olması haqında və yerdə qalan qalıq xammall haqında ətraflı satış menecerinə məlumat verilir.
  8. Satıış meneceri tərəfindən hazır məhsul  və yerdə qalan xammalın sifarişi proqramda yerləşdirilir.
  9. Anbardar Loqo proqramında həmin sifarişə yerdəyişmə verib sənəd çıxardaraq qarşılıqlı imzalayıb məhsulu sifarişçiyə göndərir.
  10. Bütün bu görülən əməliyatlar həm fiziki, həm proqram üzərindən aparılır.
  • Xanmalın Anbardan İstehsalata verilməsi:

  1. İstesalat zamanı istehsala lazım olan xammalları   anbardan istehsalata  vermək
  2. Çəki malları bir bir tərəzidə çəkib göndərmək.
  3. Proqram vasitəsi ilə xammalı anbardan istehsalata yerdəyişmə  etmək
  4. Sənəd çıxardıb qarşılıqlı imzalamaq .
  5. İstehsalatdan sonra yerdə qalan qalıq xammalları yenidən anbara qəbul etmək.
  6. Hazır məhsulları  qarşılıqlı yoxluyub anbara qəbul etmək.
  7. Sifarişdən qırağa yaranan  digər hazır məhsullarıda anbara qəbul etmək, rəngi, qalınlığa görə çeşidliyib yığmaq və exceldədə olduğu kimi qeydiyyatını aparmaq.
  8. İstehsalat zamanı yaranan tulantıları da ölçü və çəkisinə görə sex rəisindən təhvil alıb çeşidliyib anbarda təyin edilən yerə qoyulur.
  9. Bütün bunlar həm fiziki həm də  Proqram vasitəsi ilə Anbardar tərəfindən görülür və sənəd çıxardılıb qarşılıqlı imzalanır.
  • İstehsalat sexinə Ehtiyat hissələrin və digər malların verilməsi:

  1. Anbarda çesidlə yığılan ehtiyat hissələrin yenidən sazlığını yoxlanılır.
  2. Həm fiziki həmdə sənəd üzrə istehsalata təhvil verilir.
  3. Xarab olmuş .istehsalata yararsız ehtiyyat hisəsi yenidən anbara götürülərək ayrılmış yerdə yerləşdirilir.
  4. Xarab olmus ehtiyyat hissələri üçün ay ərzində bir dəfə komisiyya təşkil etdirib Aktlaşdırılıb silgisi edilir.
  5. SPZ na lazım olam digər materiallar  yuyucu vasitələr və digər təlabatlarnan təmin etmək
  6. Digər zavodun anbardarları ilə maraqlanıb bizdə olmayan digər malarıda təşkil edib sənədləşdirilib gətirmək.
  • Yangın söndürən avadanlıqlara nəzarət:

  1. Anbarın yangın təhlükəsini qorumaq .
  2. Yangğn söndürən balonları Zavod ərazisndə  və anbar ərazisində  düzgün  yerləşdirmək .
  3. Vaxtı keçmiş yanğın söndürülən balonların dəyişdirilməsini təmin etmək.
  4. Yanğın şitlərinin qabağının həmişə açıq olmasını heç bir maneənin olmamasını təmin etmək.
  • Anbarda qutaran və azalan mallar:

  1. Anbarda malları həmişə nəzarətdə saxlamaq .
  2. Azalan və qutaran malların qeydiyyatını aparmaq.
  3. Rəhbərliyə məlumat vermək 
  4. Sifarişin yerləşdirilməsini təmin etmək.
  5. Sifariş alınana kimi nəzarətdə saxlamaq
  • Tullantılar:

  1. İstehsaldan və qablaşdırmadan çıxan tullantılıarın çeşidə görə ayrı ayrı zonalarda  yerləşdirilməsi.
  2. Hesabatın aparılması çeşidə uyğun Loqo və Exceldə görünməsini təmin etmək.
  3. Satış Menecerinin məlumatlandırılması və satışının təşkiledilməsi üçün əlavə köməkliyin göstərilməsi.
  • Hazır məhsulun satışı:

  1. Hazır məhsul istehsalatdan götürüləndə sayılıb təhvil alınıb verilən sifarişə uyğun olaraq çeşidlənib səliqəli yerləşdirilir.
  2. Məhsul Satış üçün tam hazır vəziyyətə gətirilir.
  3. Satış meneceri Hansı məhsulun getməsi barədə Anbardara məlumat verir.
  4. Anbardarda öz növbəsində satış menecerini məhsul haqında  tam məlumatlandırır.
  5. Satılacaq məhsul  maşına nə qədər yüklənəcəyi qabaqcadan planlaşdırılır.
  6. Planlı şəkildə avtomobil yüklənilir və  avtomobildəki yükün şəkli çəkilir.
  7. Yükləmə zamanı  təhlükəsizlik əməkdaşını  çağırıb  nəzarəti təşkil etdirmək.
  8. Yük haqında satış menecerinə məlumat verilir və sifarişin yerləşdirilməsini təmin edir.
  9. Anbardar Loqo proqramı vasitəsi ilə sifarişi yoxlayıb  sifarişə yerdəyişmə verib satışı həyata keçirir.
  10. Satış sənədlərini çıxardıb qarşılıqlı imzalayıb .Müştərini yola salmaq.
  • Hazır məhsulun Müştəridən Anbara geri qaytarılması:

  1. Bu  hazır məhsulda hər hansı texniki qusur olduqda geri qaytarılır
  2. Satış Meneceri anbardara məlumat veir
  3. Anbardar rəhbərliyə məlumat verəndən sonra .mal anbara qəbul edilir.
  4. Anbardar tərəfindən Sənədləşdirilib qarşılıqlı imzalanır.
  • Sayıma ( İnvertara ) hazır olmaq:

  1. Anbardar anbarı sayıma həmişə hazır edir. Bütün məhsullar quruplar üzrə səliqəli yığılmalıdır
  2. Sayım prosesini tezləşdirilməsi üçün  bütün sənədlər işlənir 
  3. Anbar anbardar tərəfindən hər ay sayılır
  4. Rəhbərliyin göstərişinə əsasən hər 3 aydan bir sayım olur
  • Sənədlərin Yığılması:

  1. Bütün sənədlər ( satış yerdəyişmə.qaytarış Aktlar və s.) ayrı ayrı papkalarda gün ay və illərə uyğun olaraq səliqəli yığılır.
  • Fiziki və Proqramlarla işləmək:

  1. Yuxarıda göstərilən bütün bu proseslər həm fiziki həm də proqramlar vasitəsi ilə həyata keçirilir
  2. Göstərilən bütün bu proseslər ayrı ayrılıqda vaxt .səbr .dözüm və fiziki qüvvə tələb edir.
  3. Eyni vaxtda həm satış həm istehsalat həm də başqa anbar işləri üst-üstə düşür. Bu vaxt aşırı Təkrarlanır. Bu isə tək anbardar üçün çox çətin olur.
  4. Anbardara kömək etmək üçün yanında nə  texniki işçi nə də fəhlə yoxdur. O Bütün bu işləri tək görür, o həm fəhlə, həm texniki işçi həmdə anbardardır.