Qazanxana avadanlığının təmiri üzrə çilingər(lər)

İşin təsviri

 

Qazanxana avadanlığının təmiri üzrə çilingər(lər)

6-ci dərəcə

İşin xüsusiyyəti:

• Çox mürəkkəb qurğulardan, mexanikləşdirmə vasitələrindən, pnevmoelektrik intiqallı dəqiqlik alətlərindən, mürəkkəb ölçü vasitələrindən, takelaj və nəqliyyat vasitələrindən istifadə etməklə kritik və ifrat kritik parametrli qazanlar da daxil olmaqla, təzyiqi 9 MPa-dan (100 kqs/sm 2) çox olan qazan aqreqatlarının çox mürəkkəb birləşmələrinin (qovşaqlarının) və mexanizmlərinin təmiri.
• Yenidən qurulması, bərpası, yığılması, sazlanması, sınaqdan çıxarılması.
• Çertyoj üzrə hazırlanmış hissələrin ölçülərə uyğunluğunu və keyfiyyətinin yoxlanılması.
• Müxtəlif sistemli və parametrlə armaturların təmiri və sazlanması.
• Buxarın sıxlığına görə qazanın yoxlanması, qoruyucu klapanların təmizlənməsi, qazanın işçi rejimdə (yük altında) sınaqdan çıxarılması, böyük ölçülü yüksək təzyiq (buxar və su) sürgülərinin kip birləşən səthlərinin bərpa edilməsi.
• Ölçülərin aparılması və formulyarların doldurulması.
• Qazan aqreaqatının təmir olunmuş qovşağının və mexanizminin sınaqdan çıxarılmaya, təzyiq altında yoxlanılmaya və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlanması və yoxlanması.
• Avadanlıqların, təmir ləvazimatlarının, yük qaldıran maşın və mexanizmlərin təmiri üzrə işlərin təşkil olunması.

5-ci dərəcə

İşin xüsusiyyəti:

• Əsas və yardımçı avadanlığın mürəkkəb birləşmələri, hissələri və mexanizmlərinin, qazanların barabanları, kollektorları, buxar, su, qaz, mazut boru kəmərlərinin və müxtəlif parametrli armaturların sökülməsi, təmiri, yenidən qurulması, yığılması, sınanması, tənzimlənməsi və sazlanması.
• Yükqaldırıcı maşın və mexanizmlərin mürəkkəb birləşmələrinin təmiri, bərpası, tənzimlənməsi, sınanması, sazlanması və istismara verilməsi.
• Uyğunlaşdırma və tam hazırlama ilə hissələrin 6-7-ci kvalitet (1-2-ci dəqiqlik dərəcəsi) üzrə çilingər emalı.
• Qazan aqreqatının hidravlik sınağı.
• Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, armaturların zədələnməsinin aşkar edilməsi, yeyilmənin səbəbi və dərəcəsini təyin etmək.
• Hissələrin işdə yararlığının, bundan sonra və onların borla oluna bilmə imkanlarının təyin edilməsi.
• Çox mürəkkəb hissələrin nişanlanması.
• Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılması.
• Avadanlığın çox mürəkkəb və məsuliyyətli birləşmələri, hissələri və elementlərinin yerlərinin dəyişdirilməsi, yığılması, sökülməsi və qurulması üzrə takelaj işlərinin yerinə yetirilməsi.

Tələblər

Təhsil:   

• orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:  

• müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

• Təmir olunan əsas və yardımçı avadanlığın texniki xarakteristikalarını, kinematik və hidravlik sxemlərini; təmir olunmuş avadanlığın avadanlığının təmiri, yığılması, sökülməsi və quraşdırılması, dəqiqliyə yoxlanılması və sınanması metodlarını; avadanlığın birləşmələrinə (qovşaqlarına), hissələrinə və mexanizmlərinə düşən bilən yükü, zədələnməyə, korroziya yeyilməsinə və qəzaya qarşı xəbərdarlıq tədbirlərini;
• Qazan aqreqatlarının normal işləməsinin əsas texniki göstəricilərini, onun əsas zədələnmələrinin növlərini;
• Baş buxar kəmərinin, qidalandırıcı boru kəmərinin, drenaj, mazut, qaz kəmərlərinin sxemlərini; qazanların sınaqdan çıxarılma müddətlərini;
• Buxar qızdırıcılarının təzyiq altında işləyən boru kəmərlərinin və qabların sınanma müddətlərini; materialın keyfiyyətinin, mühitin parametrlərindən asılı olaraq armaturların yararlı olmasının təyin edilmə metodlarını;
• Takelaj qurğularının və yükqaldıran maşın və mexanizmlərin sınaqdan çıxarılma və qorunma (saxlanılma) qaydalarını; qazanların təmiri üzrə işlərin təşkili və aparılma qaydalarını. 
 

Əmək haqqı və digər imtiyazlar:

• Dərəcədən asılı olaraq 510-740 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.