Təcrübə Proqramı

  • Code Academy
  • Elanın qoyulma tarixi: 21.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

Code Academy Təhsil və Tələbə/Məzun ofisi üçün ödənişli təcrübə proqramı elan edir. Tələbə/Məzunlarla işdə siz tələbənin Akademiyadakı tədris və məzuniyyət həyatını əhatə edən məsələlərdə, onlarla əlaqələrin saxlanılması və inkişaf etdirilməsi prosesində, Təhsil şöbəsində isə təlim və inkişafla bağlı prosesdə aktiv iştirak edəcəksiniz. Təcrübə müddətinin sonunda aşağıdakı bacarıqları inkişaf etdirəcəksiniz:

  • Araşdırma
  • Problem həll etmə
  • Təşkilatçılıq
  • Ünsiyyət
  • Analitik düşüncə

Tələblər:

  • Ali təhsil;
  • Təqdimat və vizuallaşdırma bacarıqları;
  • Komanda şəklində işləmək bacarığı;
  • Güclü ünsiyyət bacarığı;
  • Özünü inkişafa meyilli, təşəbbüskar, punktual və nizam-intizamlı olmaq;
  • Detallara qarşı diqqətli və məsuliyyətli olmaq;
  • Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilmək.

https://glorri.com/code/6368c2c8f17c740b65a7f2d9-Code%20Academy-d%C9%99%20T%C9%99cr%C3%BCb%C9%99%20Proqram%C4%B1%20?sources=JobSearch