Senior Network Administrator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Telekommunikasiya şəbəkəsinin dayanıqlı işinin təmin olunması üzrə müntəzəm olaraq tədbirlər həyata keçirmək, meydana çıxan problemləri araşdırmaq və onların aradan qaldırılmasına dəstək göstərmək 
  • Yeni nəsil Firewall-ların, L2/L3 Şəbəkə avadanlıqlarının, Simsiz rabitə avadanlıqlarının sazlanması, quraşdırılması, idarə edilməsi, monitorinqini həyata keçirmək
  • Sorğu sistemi, mail və zəng əsasında daxil olan sorğuların vaxtında emalı, yaranmış problemləri araşdırmaq və operativ həllini təmin etmək
  • RA VPN və Site 2 Site VPN tunellərin qurulması, sazlanması, müxtəlif qurumlar ilə sazlanmış mövcud VPN tunellərin dayanıqlığını təmin etmək və müntəzəm monitorinqini aparmaq
  • Şöbəyə aid serverlərin (Monitorinq, DHCP, TACACS, RADIUS, VPN və s.) daim saz vəziyyətdə saxlanılmasını təmin etmək 
  • Bütün növ şəbəkə avadanlıqlarının konfiqurasiyalarının avtomatik backup olunmasını təmin etmək
  • Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan sxemləri, müxtəlif texniki sənədləri, hesabatları hazırlamaq
  • Yeni texnologiyalardan və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq
  • CIC informasiya təhlükəsizliyi tələblərinə riayət etmək

Bilik və bacarıqlar:

  • Kompüter elmləri və ya müvafiq sahədə ali təhsil
  • Şəbəkə inzibatçılığı sahəsində minimum 3 il iş təcrübəsi;
  • LAN/WAN Şəbəkə topologiyalarının planlaşdırılması, optimallaşdırılması və tətbiqi üzrə bilik və bacarıqlar
  • L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi
  • Palo Alto, Cisco firewalları ilə yüksək iş təcrübəsi
  • Panorama, Cisco ISE, DNA, ASDM kimi tool-lar ilə işləmə bacarığı
  • VPN texnologiyaları və onların tətbiqi üzrə biliklər
  • CCNP səviyyəsində Routing/Switching həlləri üzrə biliklər və praktiki təcrübə
  • Yaranan problemlərin dərindən araşdırma və həll edilməsi üzrə güclü “Troubleshooting” bacarığı
  • Birdən çox tapşırığı yerinə yetirmək, işi planlaşdırma və prioritetləşdirmək bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • Təşəbbüskarlıq
  • Dürüstlük
  • Müvafiq sahə üzrə Peşakar sertifikatın olmasına üstünlük verilir

Müraciətinizi 21.11.2022-ci il tarixinədək səhifəyə daxil olaraq “Karyera” hissəsindən göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

https://www.caspianic.com/