SƏTƏM meneceri

  • TAİS İKF
  • Elanın qoyulma tarixi: 02.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

KSƏTƏM meneceri vəzifələri (lakin, təkcə bunlarla məhdudlaşmır):

  • Şirkətin gündəlik fəaliyyəti zamanı Dövlət Əmək Təhlükəsizliyi Tələblərinə, Sanitar Qayda və Normalara, Ekologiyanın və Ətraf Mühitin Mühafizəsi Tələblərinə riayət olunmasını təmin etmək.
  • Keyfiyyət, Sağlamlıq, Əmək Təhlükəsizliyi, Ətraf Mühit (KSƏTƏM) üzrə Şirkətin bütün siyasətləri ilə dərindən tanış olmaq, dəstəkləmək və inkişaf etdirmək.
  • İş prosedurlarının, norma və tələblərinin beynəlxalq ISO 9001:2015, ISO 22000:2018 və digər müvafiq standartlara uyğun hazırlanmasını, tətbiq və riayət edilməsini təmin etmək. 
  • Şirkətin bütün KSƏTƏM prosedurları ilə tanış olmaq, dəstəkləmək, müasir tələblərə uyğun yeniləmək, icraçılara çatdırmaq və yerlərdə riayət olunması üçün nəzarət sistemi qurmaq.
  • Bütün istehsalat sahələrində KSƏTƏM-ə aid monitorinq, yazılı qeydetmə, sənədləşmə sistemini qurmaq və işləməsini təşkil etmək.
  • Mütəmadi qaydada iş sahələrini gəzmək, müşahidələr aparmaq, təhlil etmək, nətəcələr çıxarmaq və işin təkmilləşdirilməsi üçün KSƏTƏM-ə aid yazılı təklif və məsləhətlər vermək.
  • İstehsalatda və fərdi iş yerlərində passiv və aktiv təhlükələri nəzərə almaq, riskləri qiymətləndirmək, real işlək prosedurlar hazırlamaq.
  • İstehsalatda təhlükəsiz və gigiyenik şəraitin yaradılması və qorunmasını, fərdi mühafizə vasitələrinin düzgün və dolğun istifadəsini təmin etmək.
  • Ofis və istehsal sahələrində fövqəladə hallarda insanların təhlükəsizliyinin təmin edilməsi üçün şərait yaratmaq.
  • KİV vasitəsilə müvafiq dövlət qurumlarında yerləşdirilən məlumatlardan, yerli qanunvericilikdən,  elmi-texniki nailiyyətlərdən xəbərdar olmaq və Şirkətin fəaliyyətində yararlanmaq.

Vəzifə tələbləri:

  • İşə fiziki yararlı və praktiki sağlam olmalıdır. Qida emalı sahələrinə giriş məhdudiyyəti olmamalıdır.
  • Ali tibbi, iqtisadi və ya texniki təhsili olmalıdır. HACCP, Qida təhlükəsizliyi sahəsində bilikləri olanlara üstünlük verilir.
  • Azərbaycan dilini əla, ingilis dilini yaxşı bilməlidir.
  • Kompyüter bacarığına malik olmalıdır.
  • Məntiqi düşünmək, aydın danışmaq və  kollektivlə münasibət qurmaq bacarığı olmalıdır.
  • Ən azı 5 il KSƏTƏM-ə aid vəzəfələrdə iş təcrübəsi olmalıdır.
  • İstənilən iş növbəsində işləməyə və Şirkətin respublika ərazisindən yerləşən obyektlərinə səfər etməyə hazır olmalıdır.

 

Email:  [email protected]