Elektrik Çilingəri

  • TAİS İKF
  • Elanın qoyulma tarixi: 25.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə borcu:

  • Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərilməsi.
  • İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılması.
  • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsi.
  • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloci prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərilməsi.
  • Yarımstansiyanın elektrik avadanlığının, texnolci maşınların, avtomatika cihazlarının mürəkkəb sxem və qurğularının yoxlanması və qüsurların aradan qaldırılması.
  • Mətbəx avadanlıqlarına və mətbəx Yuma maşınlarına xidmət göstərilməsi.
  • Asinxron elektrik mühərriklərinin iş prinsipini və mexaniki hissələr də, daxil olmaqla təmir işlərini həyata keçirməli

Bilməlidir:

  • Energetika və elektronikanın əsaslarını.
  • Müxtəlif elektrik maşınları, aparatlar, ölçü, avtomatik tənzimləmə və telemexanika cihazlarının qurulmasını və elektrik sxemlərini.
  • Rayon səfərlərinə hazır olmalı.
  • Xidmət göstərilən obyekt və ya sahənin tam elektrik sxemini.
  • Mətbəx avadanlıqlarının iş prinsipini və təmir ardıcıllığını mükəmməl qaydada.
  • Nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydaları.

Kvalifikasiya tələbləri: Müvafiq sahədə təhsil