İnsan resursları əməliyyatları üzrə mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 27.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşə qəbul edilən işçilərin müqavilələrinin hazırlanması, şəxsi işlərinin yaradılması;
  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin Elektron informasiya sistemi (ƏMAS) uyğun olaraq vaxtında daxil edilməsi;
  • İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
  • Nizam-intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi;
  • İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişinin həyata keçirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
  • İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları üzrə mütəxəssis olaraq minimum  2 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə 1C (8.2: 8.3) bilikləri;
  • Yaxşı səviyyədə MS Excel bilikləri;
  • Səlis Azərbaycan və Rus dili bilikləri;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Kadr kargüzarlığının aparılmasına dair biliklər;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: 1000-1300 AZN.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı mail ünvanına vakansiyanın adını qeyd etməklə cv göndərə bilərlər.

Email: [email protected]