Müştərilərlə əlaqə üzrə mütəxəssis

  • GRBS
  • Elanın qoyulma tarixi: 10.03.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Müştərilərlə əlaqə üzrə mütəxəssis

Şöbə: Təlim

İş təcrübəsi: ən azı 1 il

Yaş həddi: 22-26

Cinsi: kişi

Əmək haqqı: 350-400

Vəzifə öhdəlikləri:

1. Korporativ və fərdi müştərilərlə əlaqə və potensial müştərilərlə iş
2. Müraciətlərin ilkin qəbulu və müştərilərin yüksək səviyyədə hərtərəfli məlumatlandırması
3. Müştəri müraciətlərinin operativ və sürətli cavablandırılması
4. Müştəri ehtiyaclarının müəyyən edilməsi və müştərinin yönləndirilməsi
5. Müştəri ehtiyaclarının ödənilməsi üzrə optimal variantların təklif və təqdim edilməsi
6. Müştəri müraciətlərinin operativ və sürətli cavablandırılması
7. Müştəri tələb və təkliflərinin müəyyənləşdirilməsi prosesinin idarə edilməsi, daimi təkmilləşdirilməsi, idarəetmə alətlərinin hazırlanması və  tətbiqi
8. Potensial müştərilərin cəlb edilməsi və onlarla əlaqələrin planlaşdırılması və həyata keçirilməsi
9. Müştəri tələb və təklifləri haqqında departamentin daimi məlumatlandırılması
10. Fərdi və Korporativ müştərilər, həmçinin müştəri qruplarının həvəsləndirilməsi, şirkətin brend adının yüksəldilməsi və digər məqsədlərlə müxtəlif promo aksiyaların, korporativ tədbirlərin, müsabiqələrin, mükafat paketlərinin layihələndirilməsi, hazırlanması və icrasında iştirak
11. Müştərilər üçün təqdimatların hazırlanması və keçirilməsi
12. İnternet səhifə, broşür və digər daşıyıcılarda məlumatın yeniliyinin yoxlanılması və köhnəlmiş məlumatların yenilənməsi.

Tələblər:

- Biznesin idarə edilməsi və təşkili, Mühasibat Uçotu, Maliyyə və Kredit , Marketing və digər müvafiq ixtisaslar üzrə ali təhsil
- Təşkilati-idarəetmə, sənədləşmə və müştərilərlə işlərin idarə edilməsi sistemləri (CRM sistemləri) üzrə ilkin biliklər
- Biznes təqdimatların hazırlanması və keçirilməsi təcrübəsi
- Kiçik idarəetmə sistemləri və iş prosedurlarınn yaradılması və tətbiqi qabiliyyəti
- Biznes yazışma və korrespondensiya qaydalarını bilmək
- Problemləri və tapşırıqları sürətli həll etmə bacarığı
- Kommunikasiya, sərbəst ünsiyyət bacarıqları
- Dil bacarıqları: Azərbaycan dili - əla, Rus dilində əla,  , İngilis dili – əla
- Microsoft Office 2010 proqramları, Internet Explorer, daxili fayl şəbəkələrində iş təcrübəsi
- Şəxsi keyfiyyətlər: məqsədyönlülük, əzmkarlıq, nəticəyə motivasiyalı, özünü tənqid, özünü qiymətləndirmə, daimi inkişafa həvəsli olmaq

Şirkət haqqında

GRBS® 2004-cü ildən etibarən fəaliyyət göstərdiyi sahələrdə regionun aparıcı və novator təşkilatıdır.
GRBS® müxtəlif istiqamətdə 300-dən çox təlimlər, ACCA, CIMA, SAP, NEBOSH, PMI, Sertifikatlaşdırılmış Milli Peşəkar Mühasib kvalifikasiyası və s. kimi beynəlxalq kvalifikasiyalar və TOEFL, LSAT, IELTS,SAT, GMAT, GRE və s. beynəlxalq imtahanlara hazırlıq, Xaricdə Təhsil Proqramı, eləcə də heyətin idarə edilməsinin psixoloji təminatı və iş yerlərinin attestasiyası üzrə hərtərəfli və yüksək səviyyəli xidmətlər göstərir.


Əlaqə:

GRBS Beynəlxalq Tədris Mərkəzi

Cəfər Cabbarlı küçəsi  44, Caspian Plaza, 7-ci mərtəbə, Bakı  AZ1065, Azərbaycan
T: (99412) 437‐10‐51; T: (99412) 437‐32‐61; E:
[email protected]