Biznesin inkişafı üzrə Menecer (Gəncə ofisi)

  • GRBS
  • Elanın qoyulma tarixi: 17.04.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin Gəncə ofisinə Biznesin inkişafı üzrə Menecer axtarılır.

Vəzifə öhdəlikləri:

Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
 Şirkətin uğurlu imicinin yaradılması
 Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili
 Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası
 Marketinq planının hazırlanması və koordinasiyası
 Marketinq xərclərinin optimallaşdırılması
Məhsulların satılması üçün yeni kanalların axtarılması
 Reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması
 Reklam və media şirkətləri ilə əlaqələrin qurulması, onlardan təkliflərin alınması, sərfəli təkliflərin müəyyən edilməsi, müqavilələrin bağlanması və sonraki işlərinə nəzarət
 Media və kütləvi informasiya vasitələrində reklamın yerləşdirilməsi
 Şirkətin saytının və sosial şəbəkələrdə səhifələrinin dəstəyi
 İstehlak tələbinin araşdırılması üçün müştəri sorğu vərəqəsinin hazırlanması
 Müştərilərin şirkətə bağlılığını artırmaq üçün promo hədiyyələrin seçilməsi və sifarişi
 Müştərilərlə əlaqələrin qurulması
 Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
 Dövrü hesabatların hazırlanması və təhlili

Tələblər:

• Ali təhsil
• Təşəbbüskar olmalı;
• Kompüterdə sərbəst işləməyi bacarmalı
• Ünsiyyətcil,
• Rus və ingilis dillərini bilməli;
• Yaş həddi 24-35 arası

E-mail: [email protected]