İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

İşin təsviri

İşin təsviri:

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin işə qəbulu, işdən azad olunmaları, vəzifə dəyişikliyi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirmək;
  • İşçilərin şəxsi işlərini tərtib etmək;
  • Şirkət daxili prosedur və qaydaların hazırlanmasında iştirak etmək;
  • Qanunvericiliyə uyğun olaraq Əmək haqqı hesablanmasını həyata keçirtmək (növbəli iş qrafikində);
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
  • Fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
  • Kadrlar üzrə perspektiv planları işləyib hazırlamaq;
  • Kadr axının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
  • Şəxsi işlərin arxivini aparmaq;
  • Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
  • Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə vaxtında təqdim edilməsini təmin etmək;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili arzuolunandır)
  • Bölgələrdən olan namizədlərə üstünlük veriləcək.

İş yeri: Oğuz şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 900 -  AZN – dən başlayaraq
Tabeçilik: İnsan Resursları və İnzibati şöbənin müdirinə

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini e-mail ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin).

Email: [email protected]